Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İlk Avropa Oyunlarına biletləri “McDonalds” restoranlarından almaq mümkün olacaq

İlk Avropa Oyunlarına biletləri “McDonalds” restoranlarından almaq mümkün olacaq

25.04.2015 [11:40]

“Bakı-2015” ilk Avropa Oyunlarına biletləri “McDonalds” restoranlarından almaq mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015”in qida təchizatı üzrə rəsmi dəstəkçisi “McDonalds” özünün Neftçilər, Əhmədli və Fəvvarələr Meydanındakı mərkəzlərində bilet kassaları yerləşdirməklə, idman azarkeşlərinə Azərbaycan tarixinin ən mötəbər tədbirində iştirak etmək üçün bilet almağa imkan yaradır.
Bilet kassalarının açılışında çıxış edən “Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq satışın uğurla davam etdiyini bildirib. O deyib: “Biz “McDonalds”ın göstərdiyi dəstəyin daha çox insana “Bakı-2015”in həyəcanını yaşamağa imkan yaradacağından məmnunuq. İyunun 12-də təşkil ediləcək açılış mərasiminə sayılı günlər qaldıqca bütün ölkədə Avropa Oyunlarına marağın artdığının şahidi ola bilərsiniz. Bakı sakinləri Avropa Oyunlarına böyük dəstək göstərirlər və ötən həftə təşkil etdiyimiz test yarışlarının böyük tamaşaçı kütləsi qarşısında keçməsi bizi sevindirdi”.
“McDonalds”la yanaşı, biletləri www.baku2015.com saytında onlayn yolla və ya Bakının digər nöqtələrində yerləşən bilet satış məntəqələrindən də almaq mümkündür. Ətraflı məlumatı www.baku2015.com saytından, yaxud “2015 - tamaşaçı məlumat mərkəzi”nə zəng etməklə əldə etmək olar.

Paylaş:
Baxılıb: 974 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30