Birinci Avropa Oyunlarının məşəli Lənkəranda
30.04.2015 [09:52]
“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli aprelin 29-da Naxçıvan Muxtar Respublikasından Lənkərana gətirilib.
AZƏRTAC xəbər verir ki, Lənkəran şəhərinin Bayraq Meydanında ilk Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub.
Alov festivalının rəmzi qapısında yunan-Roma güləşi üzrə 1997-ci ildə dünya, 1999-cu ildə Avropa çempionu olmuş, beynəlxalq dərəcəli idman ustası Pərviz Qasımzadə məşəli qəbul edib.
Bayraq Meydanından başlayaraq estafeti 14 lənkəranlı məşəlçi davam etdirib. İdmançılar məşəli növbə ilə bir-birinə ötürərək rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev parkına çatdırıblar.
Yüngül atletika üzrə müəllim Məlahət Tağıyeva məşəli Heydər Əliyev parkında qurulmuş səhnəyə qaldırıb.
M.Tağıyeva Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birlikdə səhnədəki məşəli alovlandırıb.
Tədbirdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əlamətdar gün münasibətilə lənkəranlıları təbrik edərək bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bütün sahələrdə qazandığı uğurların göstəricisidir.
Mərasimdə “Nənələr” folklor kollektivinin, müğənni Cavad Rəcəbovun, rayon musiqi məktəbinin xor kollektivinin çıxışları parka toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Festivalda aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və eləcə də 150-dən artıq qonağın iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Alov şousu festival iştirakçılarına xoş ovqat bəxş edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37

