Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Niyazi Əliyev: “Bakı-2015” Avropa Oyunlarının Azərbaycana uğur gətirəcəyinə əminəm

Niyazi Əliyev: “Bakı-2015” Avropa Oyunlarının Azərbaycana uğur gətirəcəyinə əminəm

07.05.2015 [10:18]

“Bakı-2015” Avropa Oyunlarının Azərbaycana uğur gətirəcəyinə, onun müsbət imicini daha yüksək şəkildə ifadə edəcəyinə əminəm. İdman bir çox ölkələri və insanları birləşdirən önəmli vasitədir”. Bunu qəzetimizə açıqlamasında karate üzrə 3 qat Dünya çempionu və 5 qat Avropa çempionu Niyazi Əliyev deyib. Onun sözlərinə görə, idman və mədəniyyət sahəsində həyata keçirilən istənilən beynəlxalq tədbir birmənalı şəkildə ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu baxımdan ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət kəsb edir: “Bu Oyunların Bakıda keçirilməsinin Azərbaycana mühüm faydası olacaq. Azərbaycanda hökm sürən sabitlik, eyni zamanda, iqtisadiyyatımızın sürətli inkişafı, həmçinin, idmana göstərilən bugünkü diqqət və qayğı ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsini şərtləndirən amillərdəndir. Bu Oyunlarda ölkəmizi təmsil edəcək hər bir idmançı kimi, mən də Oyunlara gərgin hazırlaşıram. Ümidvaram ki, yarışlarda parlaq qələbəmlə xalqımı sevindirəcəm. İdmançılarımızın da bu Oyunlarda yüksək nailiyyətlərə imza atacağına inanıram”.

Paylaş:
Baxılıb: 904 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30