Birinci Avropa Oyunlarının məşəli qədim Qarabağ torpağında alovlandı
08.05.2015 [09:55]
Ölkəmizin şəhər və rayonlarını dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 7-də İmişlidən Qarabağ torpağına - cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirilib.
AZƏRTAC xəbər verir ki, axşam saatlarında məşəlin qədim diyarın gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhərinin girişində təntənəli qarşılanma mərasimi olub.
Rayonun Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib.
Sonra məşəl yürüşü başlanıb. Rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəliblər.
Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər “Bakı-2015” birinci Avropa Oyunlarının qədim və müqəddəs Atəşgah məbədindən götürülmüş alovunu coşqu ilə qarşılayıblar.
Məşəl yürüşündə iştirak edən ilk məşəlçi Atamoğlan Qəhrəmanov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki birinci Avropa Oyunlarının məşəli doğulub boya-başa çatdığım Füzuli torpağındadır və bu məşəli daşıyan idmançıların cərgəsində olduğum üçün özümü xoşbəxt sanıram. Buna görə də sonsuz qürur hissi keçirirəm. İnanıram ki, birinci Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və Azərbaycan idmançıları ölkəmizi bu mötəbər yarışda layiqincə təmsil edəcəklər”.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan Bəhmənli kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Elnarə Hüseynova fikirlərini belə ifadə edib: “Məlum olduğu kimi, biz cəbhə bölgəsində yaşayırıq. Buna baxmayaraq, istər Horadiz şəhərinin, istərsə də rayonun kənd və qəsəbələrinin inkişafı heç də digər bölgələrdən geridə qalmır. Alov festivalının Horadizdə keçirilməsi işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamımızı daha da artırır”.
Horadiz şəhər sakini Elman Məmmədov isə birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin tarixi hadisə olduğunu bildirərək deyib: “Zaman keçdikcə biz bu hadisəni fəxrlə xatırlayacağıq. Rayonun qəsəbə və kəndlərindən minlərlə sakinin Alov festivalında iştirak etmək üçün Horadizə gəlməsi onların Avropa Oyunlarına verdiyi dəyərin və keçirdikləri sevinc hisslərinin göstəricisidir”.
Sonuncu yürüşçü, Horadiz şəhər 3 nömrəli tam orta məktəbinin idman müəllimi Rövşən Ələsgərov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Sonra Avropa Oyunlarının rəmzi çırağı yandırıldı. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq.
Qəhrəmanlar parkında keçirilən festival əsl xalq bayramına çevrilib. Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin iştirakı ilə keçirilən konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. İdmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, səhnədə nümayiş etdirilən Alov şousu festivalda iştirak edən 20 min nəfərə yaxın Füzuli sakininin böyük sevincinə səbəb olub.
Məşəl festivalında iştirak edən rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın göstəricisidir. Birinci Avropa Oyunlarının məşəlinin ölkəmizin bölgələrini gəzməsi, rayon mərkəzlərində, şəhərlərdə keçirilən festivallar həm də Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir. Bu gün bütün dünya Azərbaycanın mədəniyyəti, tarixi, insanları haqqında məlumatlanır, paytaxt Bakı ilə yanaşı bölgələrimizdə, kənd və qəsəbələrimizdə gedən sosial-iqtisadi inkişafın şahidi olur. Bütün bunlara görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.
Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37

