Birinci Avropa Oyunlarının məşəli İmişliyə gətirilib
08.05.2015 [09:55]
Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında məşəlin qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun əməkdaşı Məmməd Abıyev məşəli qəbul edib. Sonra 10 məşəlçi 4,1 kilometr məsafədə yürüşə başlayıb. Növbə ilə məşəli bir-birinə ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi boyunca hərəkət edərək Heydər Əliyev parkına gəliblər.
Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar. Burada quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli alovlandırılıb.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Sonra Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Estafet iştirakçılarını böyük sevinclə qarşılayan rayon sakinləri təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.
Rayonun fəal gənclərindən olan Ziya Rzayev: “Bu gün sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının məşəli İmişlidə şölələndi. Bu, qürurverici hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə həyatın bütün sahələrində, o cümlədən bədən tərbiyəsi və idman sahəsində qazanılan uğurların məntiqi nəticəsidir. Azərbaycan dünyada iqtisadiyyatı güclü olan respublika, həm də idman ölkəsi kimi tanınır. Bu, heç də təsadüfi deyil. Respublikamızda idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər, həyata keçirilən layihələr öz bəhrəsini verir. İndi Azərbaycanda elə bir şəhər və rayon yoxdur ki, orada Olimpiya İdman Kompleksi inşa edilməsin. İdmançılarımız dövlətin bu qayğısına Olimpiya Oyunlarında, beynəlxalq yarışlarda qazandıqları qələbələrlə cavab verirlər. Mən inanıram ki, Azərbaycan idmançıları birinci Avropa Oyunlarında da bizi qazandıqları qələbələrlə sevindirəcəklər”.
Şəhər sakini Rüstəm Vəliyev də sevincini bölüşərək birinci Avropa Oyunlarının məşəlinin İmişlidə şölələnməsini rayonun idman həyatında əlamətdar hadisə kimi qiymətləndirib, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salınıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

