Moskvada “RAGB-2015” Universiadası çərçivəsində basketbol turniri keçirilib
09.05.2015 [12:56]
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Bakı-2015” Birinci Avropa Oyunlarını dəstəkləyən “RAGB - 2015” Universiadası davam edir. Universiada çərçivəsində Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində basketbol turniri keçirilib.
Olimpiya sistemi ilə keçirilən və beynəlmiləl xarakter daşıyan yarışda Rusiya paytaxtının müxtəlif ali məktəblərindən 21 komanda iştirak edib.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev Bakıda birinci Avropa Oyunlarını dəstəkləmək çağırışına səs verən tələbələrə təşəkkür edərək, onlara ədalətli və maraqlı mübarizə arzu edib.
Basketbol turniri stritbol adlandırılan 3x3 formatında keçirilib. Adi basketboldan fərqli olaraq, stritbol komandaları üç oyunçudan ibarətdir. Burada oyun meydanının yarısından və bir tordan istifadə olunur. Qeyd edək ki, Bakıdakı Avropa Oyunlarında basketbolun getdikcə populyarlıq qazanan məhz bu növü üzrə yarışlar keçiriləcək. Bundan əlavə, FIBA rəhbərliyi 3x3 formatında stritbolu 2016-cı ilin yay Olimpiya Oyunlarının proqramına daxil etmək təşəbbüsü ilə çıxış edib.
Moskvalı tələbələr Universiada çərçivəsində çox maraqlı şou təqdim ediblər. Qubkin adına Universitetin tələbələri xüsusilə fərqləniblər. Həmin universiteti təmsil edən Belarus Həmyerlilər Birliyinin və Azərbaycan Tələbə Klubunun komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Turnirin qalibi isə Dövlət İdarəçilik Universitetinin komandası olub.
Xatırladaq ki, Bakıda birinci Avropa Oyunlarını dəstəkləyən “RAGB-2015” Universiadası çərçivəsində basketboldan başqa, stolüstü tennis, voleybol və qaçış üzrə yarışlar keçirilib.
Bundan əlavə, mayın 10-da “Lujniki” stadionunda keçiriləcək Heydər Əliyev Kuboku uğrunda ənənəvi mini-futbol turniri də “RAGB-2015” Universiadasının proqramına daxildir. Universiadanın qaliblərinin mükafatlandırılması mərasimi də elə orada olacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

