/ / Nüfuzlu “Eurosport” kanalında “Tour d’Azerbaidjan-2015”in 3, 4 və 5-ci mərhələləri canlı yayımlanıb
Nüfuzlu “Eurosport” kanalında “Tour d’Azerbaidjan-2015”in 3, 4 və 5-ci mərhələləri canlı yayımlanıb
13.05.2015 [09:56]
Bu möhtəşəm beynəlxalq yarış yerli və xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb
Məlum olduğu kimi, 6-10 may tarixlərində Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015” veloyürüşü keçirilib. 24 ölkədən 25 komandanın mübarizə apardığı 5 günlük yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət ediblər. Və Azərbaycanı nüfuzlu yürüşdə təmsil edən “Synergy Baku Cycling Project” kontinental komandası 25 kollektiv arasında komanda hesabında 1-ci yerə çıxıb.
Qeyd edək ki, “Synergy Baku Cycling Project” komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda olub.
Beləliklə, “Synergy Baku Cycling Project” ilə yanaşı, Avstraliyanın “Drapac Professional Cycling”, İtaliyanın “Androni Giocattoli”, Rusiyanın “RUSVELO”, ABŞ-ın “Team Novonordisk” (hamısı pro-kontinental) və “Airgas Safeway Cycling Team”, Sloveniyanın “Adria-Mobil”, İrlandiyanın “An Post-Chain Reaction”, Lüksemburqun “LEOPARD Development Team”, Çin Xalq Respublikasının “Giant-Champion System”, Rumıniyanın “Tusnad”, Almaniyanın “MLP Team Bergstrasse”, Slovakiyanın “Banska Bystrica”, Türkiyənin “Torku”, Laosun “CCN Cycling Team”, Avstriyanın “Hrinkow Advarics”, Hollandiyanın “Parkhotel Valkenburg”, Çexiyanın “Dukla Praha”, Belarusun “MİNSK”, İsrailin “Cycling Academy Team”, Portuqaliyanın “Team Tavira” klubları (hamısı kontinental), həmçinin, Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarının mübarizə apardığı “Tour d’ Azerbaidjan-2015” yerli və xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, o cümlədən, İdman Azərbaycan kanalında bütün mərhələlər, “Eurosport” kanalında isə 3,4 və 5-ci mərhələlər canlı yayımlanıb. Yürüşün yekunları ilə bağlı hər gün yarım saatlıq reportaj efirə verilib.
Məlumat üçün bildirək ki, ötən il keçirilən “Tour d’ Azerbaidjan-2015” veloyürüşünün sonuncu-beşinci mərhələsi “Eurosport” kanalı vasitəsilə canlı olaraq yayınlanmış, o zaman həmin yarışı 28,6 milyondan çox tamaşaçı izləmişdi. Bu il isə 3 mərhələ həmin kanal vasitəsilə canlı yayımlandığından tamaşaçı sayı əvvəlki ildən xeyli çox olub.
Əksər idman ekspertlərinin vurğuladıqları kimi, bu veloyürüşün “Eurosport” kanalında yayımlanması ölkəmizin beynəlxalq aləmdə tanıtdırılması üçün çox gözəl bir imkan yaradıb.
NADİR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38

