Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Fəridə Abıyeva: Karate idman növünün ilk Avropa Oyunlarına daxil edilməsi stimullaşdırıcı addımdır

Fəridə Abıyeva: Karate idman növünün ilk Avropa Oyunlarına daxil edilməsi stimullaşdırıcı addımdır

13.05.2015 [10:11]

“İyunda Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın və Avropanın idman tarixində əlamətdar hadisə olacaq. Bu Oyunlar miqyasına və əhəmiyyətinə görə Olimpiya Oyunlarına bərabərdir və Azərbaycan Avropanın tarixində ilk dəfə keçiriləcək bu yarışmanı Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir”. Bu sözləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında idmanın karate-do növü üzrə I dan qara kəmər ustası Fəridə Abıyeva deyib. O bildirib ki, karate idman növünün ilk Avropa Oyunlarına daxil edilməsi stimullaşdırıcı addımdır və idmançıların öz istedad və bacarıqlarını nümayiş etdirmələri üçün real imkandır.
“Bildiyiniz kimi, “Bakı-2015” birinci Avropa Oyunlarının karate yarışlarında iştirak edən idmançıların tam siyahısı açıqlanıb. Kumite üzrə kişi və qadın komandalarının hər birində beş çəki dərəcəsində yarışlardan başqa fərdi kata çıxışları da olacaq. Yarışlara hazırlıqlarımız davam edir. İnanırıq ki, Oyunlarda yüksək nəticələr əldə edəcək və Azərbaycanı layiqincə təmsil edəcəyik”.
VüsalƏ

Paylaş:
Baxılıb: 1757 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30