Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Nəqliyyat Nazirliyində I Avropa Oyunları ilə bağlı müşavirə keçirilib

Nəqliyyat Nazirliyində I Avropa Oyunları ilə bağlı müşavirə keçirilib

16.05.2015 [12:04]

Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun sədrliyi ilə Daxili İşlər Nazirliyi, Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Metropoliteni, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nəqliyyat departamenti və Nəqliyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının iştirakı ilə I Avropa Oyunlarına hazırlıqla bağlı geniş tərkibli müşavirə keçirilib.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Musa Pənahov I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə məlumat verib.
Müşavirədə, həmçinin I Avropa Oyunları ərəfəsində digər müvafiq dövlət qurumlarının gördüyü işlərdən danışılıb. Həyata keçirilmiş konkret işlər barədə aidiyyəti üzrə hesabatlar dinlənilib. Eyni zamanda son hazırlıq işləri və oyunların keçiriləcəyi müddətdə nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat əməliyyatlarının koordinasiyası və digər təşkilati məsələlər müzakirə edilib.

Paylaş:
Baxılıb: 1926 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30