“Alov Qoruyanlar”
27.05.2015 [09:33]
Təxminən 16 gündən sonra Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunları yarışmasına ev sahibliyi edəcək. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır. Sözsüz ki, bu cür mötəbər yarışmanın Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının bariz nümunəsidir. Birinci Avropa Oyunları tarixi bir idman hadisəsi olmaqla yanaşı, respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında real gerçəklər barədə dünya ictimaiyyətinə məlumat vermək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq, “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün unikal bir imkandır”. Bunu qəzetimizə Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin tələbəsi, “Bakı-2015”in könüllüsü Pərvin Aslanova deyib. Onun sözlərinə görə, Azərbaycanda iqtisadi yüksəliş, maliyyə resurslarımız və digər məsələlər ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini şərtləndirən amillərdəndir. Azərbaycanda belə bir nüfuzlu yarışın keçirilməsinə gəlincə isə, bu, dövlətimizin beynəlxalq gücünü göstərməklə yanaşı, həm də ölkəmizin adını bir daha dünya tarixinə yazacaq: “Bilirsiniz ki, son vaxtlar ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülür. Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatıb, əksər idman obyektləri isə istifadəyə verilib. Bu da o deməkdir ki, ölkəmiz ilk Avropa Oyunlarını keçirmək üçün bütün imkanlara malikdir”.
“Bakı-2015”in könüllüsü yarışlarda könüllülərin görəcəyi işlərdən də danışıb .O, gənclərin ilk Avropa Oyunlarını dəstəklədiklərini və yarışlarda könüllü qismində iştirak etməkdən məmnun olduqlarını bildirib: “Eşidəndə ki, belə bir imkan var, dərhal müsabiqələrə qatıldım və könüllülər ailəsinə üzv oldum. İşimiz çox maraqlı, maraqlı olduğu qədər də qürurvericidir. Biz ölkəmizə gələn qonaqlara könüllü olaraq xidmət göstərəcəyik, eyni zamanda, onlara ölkəmiz haqqında məlumat verəcəyik. Ümid edirəm ki, işimizin öhdəsindən layiqincə gəlməyi bacaracağıq”.
“İlk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn hər kəs Azərbaycanın necə inkişaf etdiyinin əyani şahidi olacaq”. Bunu qəzetimizə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi, “Bakı-2015”in könüllüsü Leyla Zeynalova deyib. O, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının mühüm idman hadisəsi olmaqla yanaşı, siyasi, iqtisadi nöqteyi-nəzərdən ölkə reallıqlarının təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Biz ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyik. Bu məqsədlə hazırda ölkəmizdə çox böyük işlər görülür, yeni idman kompleksləri tikilir, bəziləri isə əsaslı təmir edilir. Bu Oyunların ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Belə ki, ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq. Biz - “Bakı-2015”in könüllüləri isə bu Oyunların ölkəmizdə keçirilməsini dəstəkləyir və səbirsizliklə gözləyirik”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31

