“Bakı-2015”in çempion iştirakçıları”
28.05.2015 [11:11]
Cari ilin iyun ayında ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları ölkəmizin və Avropanın idman tarixində mühüm hadisə olacaq. 12-28 iyun tarixləri arasında baş tutacaq Oyunlarda 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir. Oyunların proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin, 2 qeyri-olimpiya idman növü daxildir. Oyunlarda iştirak edən idmançıların siyahısına nəzər saldıqda görünür ki, ilk Avropa Oyunları “qoca qitə” üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki burada Dünya, Avropa və Olimpiya çempionları iştirak edəcəklər.
Xəbər verdiyimiz kimi, “Yeni Azərbaycan” qəzeti olaraq oxucuları ilk Avropa Oyunlarında iştirak edəcək dünyaca məşhur idmançıların bir qismi ilə tanış edəcəyik. Beləliklə, “Bakı-2015”in çempion iştirakçıları” rubrikamızı davam etdiririk.
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri avarçəkmə üzrə böyük nailiyyətlər əldə etmiş danimarkalı Rene Holten Poulsendir. Onun idmana marağı ekskursiya zamanı ilk dəfə olaraq avarçəkmə idmançısını görməklə yaranıb. Pekin Yay Olimpiya Oyunları onun üçün beynəlxalq müsabiqələr sırasında ən yaddaqalanıdır, çünki Olimpiya Oyunlarında ilk dəfə iştirak etməsinə baxmayaraq o, medal əldə edə bilib. Həmin nailiyyətindən sonra o deyib ki, bu uğuru onun idman karyerasını davam etdirməyə təkan oldu. Çoxsaylı nailiyyətləri ilə yanaşı, “Hər zəman hər hansı bir sahə üzrə heç kimin edə bilməyəcəyini edən yeganə şəxs olmaq istəmişəm” sözləri ilə idman ictimaiyyətinin yaddaşında qalan R.H.Poulsen 2013-cü ildə keçirilmiş Avropa Çempionatında 2 qızıl medal və “Pekin-2008” Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. İlk Avropa Oyunlarında iştirak etməyi səbirsizliklə gözlədiyini deyən idmançı bu Oyunlarda böyük nailiyyət qazanmaq iddiasındadır.
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək digər idmançı isə belçikalı cüdoçu Şarlin van Snikdir. “London-2012” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Snik bir çox müsabiqələrin qalibi qismində fəxri kürsüdə yer alaraq ölkəsini layiqincə təmsil edib. O, “Bakı-2015” ilk Avropa Oyunlarının əhəmiyyətini xüsusi vurğulayaraq burada iştirakın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Təsadüfi deyil ki, onun mayın 23-24-də Mərakeşdə cüdo üzrə “World Masters” beynəlxalq turnirində iştirakdan imtina etməyinin səbəbi ilk Avropa Oyunlarına qatılması olub. İdmançı bildirib: “Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarında yüksək nəticə əldə etmək üçün “World Masters” beynəlxalq turnirinə qatılmayacağam. Tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarına ciddi hazırlaşıram. Çalışacağam ki, Bakıda medalçılar sırasında yer alım”.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

