“Alov Qoruyanlar”
02.06.2015 [16:32]
Ölkəmizdə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işləri artıq başa çatıb. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarını çox yüksək səviyyədə keçirəcək. Təbii ki, bu mötəbər tədbirin Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının açıq göstəricisidir. Bu, həm də müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyır. Bu aspektlərdən biri də bu hadisənin tarixi əhəmiyyətidir. Çünki Olimpiya Oyunları deyiləndə yada Yunanıstan düşdüyü kimi, ilk Avropa Oyunları deyiləndə də Azərbaycan xatırlanacaq.
Onu da vurğulamaq yerinə düşər ki, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycan ictimaiyyəti ilə yanaşı, gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri səbirsizliklə gözləyirlər. Beləliklə, ənənəmizə sadiq qalaraq “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında birinci Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən böyük qürur duyuram”. Bunu Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbəsi, “Bakı-2015”in könüllüsü Elmar Seyidov deyib. O, ölkəmizdə keçiriləcək bu möhtəşəm Oyunları böyük həyəcan və səbirsizliklə gözlədiyini də vurğulayıb: “İlk Avropa Oyunları zamanı dünyanın bir çox ölkəsindən qonaqlarımız olacaq, 50 ölkədən idmançılar bu yarışlara qatılacaq. İnanıram ki, biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik. Bu baxımdan, “Bakı-2015” könüllülərinin üzərinə də ikiqat məsuliyyət düşür. Bizə, əsasən, ölkəmizə gələn qonaqlara xidmət etmək, onlara diqqət və qayğı göstərməklə yanaşı, eyni zamanda, ölkəmizin geniş təbliğatını aparmaq da həvalə olunub. Həmçinin, bu zaman qoyulan qayda və qanunlara hörmətlə riayət etmək isə ən ümdə borcumuzdur. İnanıram ki, biz könüllülər bizə həvalə olunan bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacaracağıq”.
Elmar Seyidov yarışlarda idmançılarımızın inamlı qələbələr əldə edəcəyinə inandığını da vurğulayıb: “Mən idmançılarımızın bu yarışlarda xalqımıza qələbə sevinci yaşadacaqlarına inanıram. Əminəm ki, xalqımız idmançılarımızın qələbəsinin şahidi olub, qürur hissi keçirəcəklər. Bütün idmançılarımıza dözüm, əzm və qələbə arzu edirəm”.
“İlk Avropa Oyunları milyonlarla insana Azərbaycan haqqında məlumat çatdıracaq”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Dövlət Neft Akademiyasının Sənayenin təşkili və idarə olunması fakültəsinin tələbəsi, “Bakı-2015”in könüllüsü Orxan Qədirov deyib. Onun sözlərinə görə, yarışların ölkəmizdə keçirilməsinin böyük əhəmiyyəti var. İlk Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi isə ölkəmizin dünyada və Avropada nüfuzunun göstəricisidir: “İdmanın və musiqinin dünya miqyasında yeri, rolu, çəkisi və nüfuzu hər kəsə yaxşı bəllidir. O baxımdan, ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirin əhəmiyyəti olduqca böyükdür. Biz gənclər isə bu yarışların ölkəmizdə keçirilməsinin əhəmiyyətini yaxşı anlayırıq. Elə bu səbəbdəndir ki, yarışlara könüllü qismində qatılmışıq. Görəcəyimiz işə görə də qürur hissi keçiririk. Biz ölkəmizi təbliğ edəcək, gələn qonaqlara Azərbaycan haqqında məlumat verəcəyik. Düşünürəm ki, bundan gözəl, eyni zamanda, şərəfli bir iş ola bilməz. Bu, hər bir gəncin borcudur”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

