“Bakı-2015” birinci Avropa Oyunlarına start verilib
13.06.2015 [10:38]
Oyunların ilk yarışında sinxron üzgüçülər mübarizə aparıblar
İyunun 12-də Bakı Su İdmanı Sarayında keçirilən sinxron üzgüçülük yarışı ilə “Bakı-2015” birinci Avropa Oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan, Belarus, Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya, İtaliya təmsilçiləri çıxış ediblər. Sinxron üzgüçülük yarışının təsnifat mərhələsində 20 duet və 14 milli komanda mübarizə aparıb.
Duetlərin mübarizəsində Azərbaycanı Tatyana Nikitina və Yekaterina Valiulina təmsil ediblər. On beş yaşlı T.Nikitina 2012-ci ildən yarışlarda çıxış etməyə başlayıb. Digər üzgüçümüz - 16 yaşlı Y.Valiulina də komanda yoldaşı T.Nikitina kimi, 2012-ci ildən turnirlərdə mübarizəyə qoşulub. Üzgüçülərimiz “Bakı-2015” birinci Avropa Oyunlarının ilkin mərhələsində çıxış etməklə Azərbaycan idmançıları arasında yarışlara başlayan ilk atletlər olublar. Azərbaycanlı duet 10-cu nömrə altında çıxış edib. Təmsilçilərimizin ilkin mərhələdə çıxışının nəticələri münsiflər heyəti tərəfindən 71.4333 balla qiymətləndirilib. Bu nəticə ilə təmsilçilərimiz 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıblar.
İlk üçlükdə müvafiq olaraq, Rusiya, Ukrayna və İspaniyadan olan cütlüklər qərarlaşıb. Rusiya təmsilçiləri Valeriya Filenkova-Darya Kulagina 89.2333, ukraynalı idmançılar Yana Nariejna və Yelizaveta Yaxno 87.5333, ispaniyalı atletlər Yulia Echeberria Esquivel və İrene Toledano Karmelo 85.7333 bal toplayıblar.
Komandaların mübarizəsində də qaliblərin sırası dəyişməyib. Rusiya komandası 89.9333 xalla yarışın ilk gününü lider olaraq başa vurub. Ukrayna millisi 87.3000 balla ikinci, İspaniya yığması isə 86.1333 balla üçüncü sırada başa vurub.
Hər iki növ üzrə yarışın final mərhələsi iyunun 15-də təşkil olunacaq. Yarışlarda 150 idmançı dörd dəst medal uğrunda mübarizə aparır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51

