Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Stolüstü tennis üzrə komanda yarışları başa çatıb

Stolüstü tennis üzrə komanda yarışları başa çatıb

17.06.2015 [10:24]

“Bakı-2015” ilk Avropa Oyunlarında kişi və qadın komandaları arasında stolüstü tennis yarışlarına iyunun 15-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışların səhər sessiyasında qadın komandalar arasında qaliblər müəyyənləşib. Qadınlar arasında mübarizənin finalında Niderland millisini 3:2 hesabı ilə məğlub edən Almaniya yığma komandası qızıl medalın sahibi olub.
Ukrayna millisini 3:1 hesabı ilə məğlubiyyətə uğradan Çexiya komandası isə yarışın bürünc medalını qazanıb.
Kişilər arasında komanda yarışının finalında Fransa (Adrian Mattenet, Simon Qauzi, Emmanuel Lebesson) və Portuqaliya (Joa Ceraldo, Tiaqo Apolonia, Markos Freytas) yığmaları üz-üzə gəlib. Finalda 3:1 hesabı ilə qalib gələn portuqaliyalı stolüstü tennisçilər qızıl medalları qazanıblar.
Üçüncü yer uğrunda görüşdə isə Almaniya millisini 3:0 hesabı ilə məğlub edən Avstriya komandası bürünc mükafatlara sahib olub.
Qaliblərin mükafatlandırılması mərasimində medalları atletlərə Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka və Avropa Stolüstü Tennis Birliyinin (ETTU) prezidenti Ronald Kramer təqdim ediblər.

 
Paylaş:
Baxılıb: 889 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30