Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Moskovskiy Komsomolets”: Bakıda yarışları Olimpiya Oyunları səviyyəsində keçirmək üçün hər şey var

“Moskovskiy Komsomolets”: Bakıda yarışları Olimpiya Oyunları səviyyəsində keçirmək üçün hər şey var

17.06.2015 [10:30]

Rusiyanın “Moskovskiy Komsomolets” nəşri “Bakı-2015” birinci Avropa Oyunlarının işıqlandırılmasına geniş yer verib.
AZƏRTAC xəbər verir ki, müəllifi İrina Stepanseva olan “Biz “Çox sağ ol, Bakı” deyə biləcəyikmi?” başlıqlı məqalədə ilk Avropa Oyunlarına hazırlıq, keçirilən yarışlar, həmçinin, oyunlar ətrafında baş verən siyasi məqamlara da yer verilib.
“İdman obyektlərinin təhlükəsizliyi tam təmin olunub. Burada güclü nəzarət hökm sürür. Azarkeşlər və könüllülərin fəallığı xüsusi qeyd olunmalıdır. Bir sözlə, yarışları Olimpiya Oyunları səviyyəsində keçirmək üçün hər şey var. Prezident İlham Əliyev yarışları açıq elan etdi. Bütün diqqətlər Bakıya yönəlib”, - deyə müəllif yazır.
Məqalədə vurğulanır ki, digər ölkələrin təmsilçiləri kimi, Rusiya idmançıları da yarışlarda fəal iştirak edirlər. “Yarışların ilk günü güləş və gimnastika biletlərinin hamısı satılıb. Bu oyunlar həm də ona görə əhəmiyyətlidir ki, qaliblər “Rio-2016” XV Yay Olimpiadasına vəsiqə qazanacaqlar”.
Müəllif diqqəti Avropanın “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı qərəzli mövqeyinə yönəldərək yazır: “Avropa hələ də yerində sayır. Dünya isə çoxdan müxtəlif əhatə dairəsi olan oyunlar keçirməkdədir - Asiya, Mərkəzi Amerika, Karib hövzəsi, Panamerika, Ümumafrika, Sakit Okean, Aralıq dənizi və s. Bu gün isə artıq Avropa Oyunları da var”, - deyə müəllif əlavə edib.

 
Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30