Xudahafiz, “Bakı - 2015” Azarkeşlər Evi! Xoş gördük, “Bakı - 2015” Gənc azarkeş məktəbi!
01.07.2015 [10:15]
İyunun 28-də birinci Avropa Oyunlarının başa çatması ilə birlikdə “Bakı - 2015” Azarkeşlər Evi də bağlandığını elan etdi.
Azarkeşlər Evi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bazasında 17 gün ərzində gecə-gündüz işləyib, bu müddət ərzində onlarca ölkəni təmsil edən 10 mindən çox qonaq qəbul edib. Qalibləri təbrik etmək üçün hər gecə bura Rusiya və Azərbaycan idmançıları, idman veteranları gəliblər. Azarkeşlər Evi başqa ölkələrdən olan qonaqları həmişə gülər üzlə qarşılayıb.
AZƏRTAC xəbər verir ki, nazirlik və idarələrin, Milli Olimpiya Komitəsinin, elm və təhsil müəssisələrinin, Azərbaycanın həmvətənlər ictimai təşkilatlarının və bir çox digər qurumların nümayəndələri dəvətə fəal qoşulublar.
Azarkeşlər Evinin vida müraciətində deyilir: “Bizim könüllülər - Azarkeşlər Evinin simasına çevrilən azərbaycanlı və rusiyalı tələbə və məktəblilər haqqında xüsusi danışmaq istəyirik. Onlar Rusiya və Azərbaycana sevgi və sədaqətlərini öz işləri ilə sübuta yetirdilər. Qırx dərəcə istiyə baxmayaraq, hər gün 12 saat Azarkeşlər Evinin qonaqlarına sovet, Rusiya və Azərbaycan idmanının tarixindən və qəhrəmanlarından söz açdılar. Üstəlik, idman forması geyinib, döyüş fəndləri nümayiş etdirdilər. Məsələn, boyu bir metr yarımdan bir balaca hündür olan yeddinci sinif şagirdini basketbolçu Uveys Axtayevin 58 ölçülü ayaqqabısında təsəvvür edə bilərsinizmi?
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi bir neçə gün ərzində qonaq qəbul etməyəcək. Burada təmir işləri aparılacaq, zal və otaqlar yenidən təchiz ediləcək. Sizə sevinc hissi ilə bildirmək istəyirik ki, Rusiya Federasiyasının səfirliyi və “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi “Bakı - 2015” Azarkeşlər Evinin ekspozisiyasının əsas hissəsinin və ab-havasının ən azı ilin axırınadək qorunub saxlanılacağı barədə irəlicədən verdikləri vədə əməl ediblər.
Beləliklə, “Bakı - 2015” Azarkeşlər Evi faktiki olaraq öz işini dayandırmır. O, sadəcə “Bakı - 2015” Gənc azarkeş məktəbinə çevrilir. Burada Rusiya muzeylərinin eksponatlarını Azərbaycan olimpiyaçılarının və beynəlxalq oyunların iştirakçılarının şəxsi arxivlərindən eksponatlar əvəzləyəcək. Bəzi olimpiyaçılar, məsələn, cüdoçu Nazim Hüseynov RİMM-də Azərbaycan məktəbliləri və tələbələri ilə görüşlər keçirmək təklifini irəli sürüb.
Artıq bu gün biz kiçik bir sirri də aça bilərik. Yeni tədris ilində RİMM-nin məktəb və studiyalarında məşğələlər birinci Avropa Oyunlarının işığında keçəcək. Üstəlik, yeni il şənlikləri də idman xarakterli olacaq...
“Rossotrudniçestvo” agentliyinin Bakıda İnformasiya və Mədəniyyət Mərkəzi “Birinci Avropa Oyunlarında Rusiya və Azərbaycanın Azarkeşlər Evi” layihəsinin icrasına kömək və dəstək göstərdiklərinə görə Azərbaycanın və Rusiyanın çoxsaylı dövlət və ictimai təşkilatlarının nümayəndələrinə səmimi minnətdarlığını bildirir. Bu layihənin “Rossotrudniçestvo” agentliyinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Bakının Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Rusiya Olimpiya Komitəsi tərəfindən uğurla həyata keçirildiyini vurğulamaq istəyirik.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəsi Valentin Denisov “Azarkeşlər Evi” layihəsinin yekunlarını şərh edərək vurğulayıb: “Bu, Rusiya Olimpiya Komitəsi ilə birlikdə xarici ölkədə ilk layihəmizdir. Amma əminəm ki, sonuncu deyil. Başqaları istəsələr də, istəməsələr də, Bakı gecələri və gündüzləri xalqlarımızın öz aralarında nə dərəcədə yaxın olduğunu göstərdi. Təsəvvür edin ki, gecə yarıdan keçmiş Bakıda Azərbaycan nömrəsi olan və Rusiya bayrağının dalğalandırıldığı və ya əksinə, Rusiya nömrəsi olan və Azərbaycan bayrağının dalğalandırıldığı avtomobil şütüyür. Hamı Rusiya və Azərbaycan yığmalarını dəstəkləyən sözlər səsləndiririr. Gəl başa düş, azərbaycanlılar haradadır, ruslar haradadır? Burada bizim Azarkeşlər Evinin sloqanı yada düşür : “Biz bizimkilərə birlikdə azarkeşlik edirik!” Axı, əslində Azarkeşlər Evi layihəsinin ideyası rusiyalı və azərbaycanlı azarkeşləri birləşdirmək məqsədi daşıyıb. Xoşbəxtlikdən buna nail olduq”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

