/ / Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresinə yekun vurulub
Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresinə yekun vurulub
10.10.2015 [11:46]
Bakıda Avropa “Fair Play” Hərəkatının və Beynəlxalq “Fair Play” Komitəsinin birgə konqresinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, konqresin ikinci günündə - oktyabrın 9-da Avropa “Fair Play” Hərəkatının İcraiyyə Komitəsinin üzvü xanım Katarina Raczın sədrlik etdiyi sessiyada “Olimpiya və ədalətli oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti” mövzusu müzakirə olunub.
Böyük Britaniyadan olan mütəxəssis Devid Hemeri çıxışında ədalətli oyunların təbliğində dəyərlərin vacibliyini xüsusi vurğulayaraq bu baxımdan idmançıların məsuliyyətinin uğurlu nəticələrinin əldə olunmasında mühüm rol oynadığını bildirib. O, ədalətli oyunların təbliğində təhsil, biznes, hökumət və qeyri-hökumət sektorlarının təcrübələri barədə məlumat verib.
Çıxışında idmanda uşaqların mühafizəsi məsələsinə toxunan britaniyalı digər xanım Enn Tiivas uşaqların hər cür zorakılıq hallarından qorunmasının dünya idmanının inkişafında, xüsusən ədalətli oyunların təbliğində əhəmiyyətini qeyd edib.
Sonra konqresin Təşkilat Komitəsinin nümayəndəsi Səlhət Abbasovanın “İdman körpülər salır: bəs möhkəm körpüləri biz necə qururuq?” mövzusunda məruzəsi dinlənilib.
Fasilədən sonra konqres işini “Korrupsiya, saxta və ümidsiz matçlara qarşı mübarizədə və idmançının “təmiz” saxlanılmasında ən yaxşı təcrübə” mövzusunda sessiya ilə davam etdirib.
Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Miroslav Serarın rəhbərlik etdiyi sessiyada sloveniyalı mütəxəssis Zoran Verovnik “İdman yarışlarının manipulyasiyası haqqında Avropa Şurası Konvensiyası”, professor Qəhrəman Məmmədyarov “İdmanda ədalətli oyun əldə edilməsinə səy göstərilməsi idealları” və Stefan Toun “Təmiz idmançı qoruya bilən mühitin yaradılması və idmanda dopinqin qarşısını almaq üçün “təmiz oyun” ideyasını təşviq edən, Avropa və Birləşmiş Krallıqda dəyərləndirilən qaydalara və təşəbbüslərə ümumi baxış” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlardan sonra müzakirələr aparılıb.
Müzakirələrə qoşulan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan “Fair Play” Komissiyasının sədri Xəzər İsayev ədalət prinsipi və şəffaflığın artırılmasının idmanda ən ümdə vəzifə olduğunu diqqətə çatdırıb.
Bununla da konqres işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

