Dövlət Sərhəd Xidmətinin zabitləri Azərbaycan yığma komandasına qızıl medallar qazandırıblar
24.11.2015 [10:06]
Sərhədçi idmançılar ölkə idmanına öz töhfələrini verməkdə davam edirlər. Noyabrın 20-22-də Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışlarında “Sərhədçi” idman klubunun üzvləri, Dövlət Sərhəd Xidmətinin zabitləri baş leytenant Nicat Şıxəlizadə və leytenant İlqar Müşkiyev Azərbaycan yığmasına qızıl medallar qazandırıblar.
Turnirin ilk günü 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyev bolqarıstanlı Yanislav Qerçevə və rusiyalı Dmitri Kulikova qalib gəldikdən sonra 1/4 finalda komandamızın digər üzvü Orxan Səfərovla qarşılaşıb. Komanda yoldaşı ilə dueldən qalib ayrılan İlqar Müşkiyev yarımfinalda da uğurlu çıxışını davam etdirib. İdmançımız bu mərhələdə Qazaxıstan cüdoçusu Aybəy İmaşevi məğlub edərək finala yüksəlib. Həlledici görüşdə hollandiyalı Jeron Murenə qalib gələn Müşkiyev qızıl medala sahib olub.
66 kq çəki dərəcəsində mübarizəyə ikinci mərhələdən qoşulan Nicat Şıxəlizadə ilk olaraq Monqolustan cüdoçusu Barqetalo Batseseqə qalib gəlib. Daha sonra almaniyalı Rene Şneyderi məğlub edən idmançımız yarımfinalda Yaponiya təmsilçisi Kenqo Takaiçi üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda daha inamlı çıxış edən Nicata monqolustanlı idmançı Tumurxuleq Davadorj üzərində “ippon” fəndi ilə qələbə qazanması üçün cəmi 45 saniyə kifayət edib.
Yarışların ikinci günü 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov isə mötəbər turniri gümüş medalla başa vurub. Turnirin sonuncu günü Azərbaycan idmançıları daha üç bürünc medal qazanıblar. Bununla da, Azərbaycanın cüdo üzrə milli komandası sərhədçi idmançıların 2 qızıl medal qazandığı Qran-pri turnirini 6 medalla başa vurub.
Dövlət Sərhəd Xidmətinin
mətbuat mərkəzi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15

