/ / Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən tədbirlər başa çatıb
Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən tədbirlər başa çatıb
17.05.2016 [10:16]
Böyük Britaniya Kraliçası II Elizabetin anadan olmasının 90 illik yubileyi münasibətilə mayın 12-də Londonda başlayan tədbirlərə mayın 15-də yekun vurulub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yubiley tədbirlərinin rəsmi hissəsində 14 Qarabağ atı və 1 Dilbaz atı çaparı, habelə Fikrət Əmirov adına Dövlət mahnı və rəqs ansamblının kollektivi olmaqla ümumilikdə 50 nəfərdən ibarət heyətlə iştirak edən Azərbaycan nümayəndələrinin çıxışları Böyük Britaniya Kral ailəsinin üzvləri və digər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirlərə hər gün on minlərlə insan tamaşa edib. Ümumilikdə 12 iştirakçı ölkədən 600 at və 900 nümayəndənin bir-birindən fərqli çıxışlarını televiziya vasitəsilə milyonlarla insan izləyib.
Azərbaycan təmsilçilərinə başçılıq edən Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik Murad Nağıyev yubiley tədbirlərinin açılış və bağlanış mərasimlərində atçılıq meydanında Azərbaycan Respublikasının dövlət bayrağını dalğalandırıb.
Mayın 15-də Kraliça II Elizabet yubiley tədbirlərində şəxsən iştirak edib. Tədbirin əvvəlində Azərbaycan rəssamı Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən hədiyyə olaraq II Elizabetə təqdim edilib. Azərbaycan nümayəndə heyətinin tərkibində Londonda səfərdə olan əsərin müəllifi, məşhur rəssam Sakit Məmmədov əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın Xarı bülbülü və çövkən oyununun təsvir olunması barədə Kraliçaya məlumat verib.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsinin çıxışı bütün iştirakçıların və tamaşaçıların xüsusi marağına səbəb olub. Tədbirin ən həyəcanlı hissələrindən biri olan “Süvarilər”imizin çıxışı milli cins atlarımız üzərində müxtəlif ekstremal hərəkətlərdən ibarət olub. Belə ki, at belində ayaqüstü çaparlıq, yüksək sürətlə hərəkətdə olan atın yəhərinin altında tam dövrə vurma, yəhərdə beli üstə uzanaraq tarazlığı qoruyub yüksək sürətlə hərəkət etmə və s. cəsur hərəkətlər böyük uğurla nümayiş etdirilib. Xüsusən çıxışın sonunda 3 at üzərində 6 çaparın piramida quraraq “Happy birthday” yazılı bayrağı və ardınca Azərbaycanın, daha sonra isə Böyük Britaniyanın nəhəng bayraqlarını açmaları tamaşaçıları xeyli coşdurub. Bununla da Kraliça II Elizabetin doğum günü təbriki qeyri-adi üsulla ifadə olunub. Atlarımızın ətrafında rəqs qrupunun çıxışı da şouya fərqli rəng qatıb.
Atlara xüsusi marağı və sevgisi olan Kraliça Azərbaycan nümayəndələrinin çıxışını yüksək qiymətləndirib.
Tədbirin sonunda Azərbaycan nümayəndə heyətinin hədiyyəsi II Elizabetin rəsmi sarayı olan Vindzor qəsrinə aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

