Rio-de-Janeyroda IV İslam Həmrəylik Oyunlarının təqdimatı olub
09.08.2016 [09:04]
Rio-de-Janeyronun “Windzor Barra” otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təqdimat mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, 60-dan çox qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiadasında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, rəsmilər, eyni zamanda, İslam Həmrəylik İdman Federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin Baş naziri Ada Salissau, Qvineya-Bissaunun Baş naziri Bakiro Dja, Malaziya, İndoneziya, Qvineya-Bissau, Çad, Qambiya, Fələstin, Suriya və digər İslam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, idman məsələləri üzrə məsul şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Bu baxımdan birinci Avropa Oyunlarını, Formula-1 Avropa Qran-prisini və digər mötəbər yarışları xüsusi qeyd edən nazir deyib: “Daim dünyaya tolerantlıq nümayiş etdirən Azərbaycanın IV İslam Həmrəylik Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini təbliğ etməsini dünyaya göstərməkdir. Gələn il 12 yarış günü ərzində beş mindən çox idmançı idmanın 20 növü üzrə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəylik Oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək”.
Sonra IV İslam Həmrəylik Oyunları haqda hazırlanmış film nümayiş etdirilib. Filmdə Oyunlara hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar əksini tapıb.
Filmin nümayişindən sonra nazir Azad Rəhimov IV İslam Həmrəylik Oyunlarına hazırlıq prosesi, qeydiyyat, idmançıların qalacaqları məkanlar, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Tədbirdə bu mötəbər yarışla bağlı geniş fikir mübadiləsi aparılıb, qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15

