/ / Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib
Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib
05.12.2017 [10:26]
Dekabrın 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Milli Məclisin deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Elmlər Akademiyasının üzvü, texnika elmləri namizədi, professor, “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi”, “Şöhrət” və “Şərəf” ordenli Ağacan Abiyevin 80 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, yubiley mərasimində ömrünün böyük hissəsini ölkəmizdə idmanın, təhsilin və elmin inkişafına həsr edən Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Ağacan Abiyevin həyat və yaradıcılığına dair videoçarx nümayiş olunub. Həmçinin A.Abiyevin idmançı, hakim kimi fəaliyyəti, beynəlxalq konfranslarda çıxışları, onun bacarıqlı rəssam olmasını təsdiqləyən rəsm əsərləri də göstərilib. A.Abiyevin Ulu öndər Heydər Əliyev ilə görüşlərinə və Ümummilli liderimizin ona “Şöhrət” ordeni təqdim etməsi mərasiminə dair fotolar böyük maraq doğurub.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rusiyanın Əməkdar Elmi Xadimi Andrey Qudin, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi Fərhad Xəlilov, Akademiyanın rektoru Fuad Hacıyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Milli Məclisin deputatı Hadi Rəcəbli, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev və başqaları tədbirdə çıxış edərək 80 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş fədakar elm xadimi və idman ustasının həyat yolundan və çoxşaxəli fəaliyyətindən söhbət açıb, A.Abiyevi 80 illik yubileyi münasibətilə təbrik ediblər.
Bildirilib ki, Azərbaycan elminin və idmanının inkişafında xüsusi xidmətləri olan A.Abiyev həm də idmanın müxtəlif problemlərinə dair bir sıra sanballı əsərləri və tədqiqatları ilə tanınır. Yubilyar 80 illik həyatında idman, elm, təhsil, jurnalistika, televiziya və s. sahələrdə böyük uğurlara imza atıb. ADBTİA-da gənc mütəxəssislərin yetişməsində, onların idmana marağının artırılmasında A.Abiyevin böyük xidmətləri olduğu vurğulanıb. Onun Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkili işində də əvəzsiz xidmətləri olduğu bildirilib.
Qeyd edilib ki, professor Ağacan Abiyev yüksək idman nailiyyətlərinə görə SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim və Əməkdar İdman Xadimi fəxri adlarına layiq görülüb. O, Avropa Boks İttifaqının vitse-prezidenti, Hakimlər Komitəsinin sədri, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin və Hakimlər Komissiyasının üzvü kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.
Diqqətə çatdırılıb ki, Ağacan Abiyevin 80 illik şərəfli ömür yolu gənc nəsil üçün əsl həyat məktəbidir. 1987-2015-ci illərdə ADBTİA-nın rektoru işlədiyi dövrdə Azərbaycanda həm gənc idman mütəxəssislərinin, həm də dünya miqyasında tanınmış görkəmli idmançılar nəslinin yetişməsində misilsiz xidmətlər göstərib. A.Abiyev 100-dən çox elmi məqalənin, 1 monoqrafiyanın, 15 tədris vəsaitinin və dörd ixtiranın müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarındandır. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan və müstəqil Azərbaycanda peşəkar idman yarışlarının təşkilatçısı olan A.Abiyev Azərbaycanda Olimpiya hərəkatının təbliğinə və inkişafına da mühüm töhfələr verib.
Tədbirdə Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan professor A.Abiyevin ictimai-siyasi fəaliyyətinin bir sıra məqamlarına toxunulub.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının üzvü olan A.Abiyevin fəaliyyəti hər zaman respublika rəhbərliyinin diqqət mərkəzində olub. Şərəfli ömür yaşayan A.Abiyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri ölkə rəhbərliyi tərəfindən də daim yüksək qiymətləndirilib.
Yüksək diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən A.Abiyev Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilməsini onun fəaliyyətinə verilən ən ali qiymət olduğunu deyib. O, xalqımıza və dövlətimizə bundan sonra da şərəf və ləyaqətlə xidmət edəcəyini bildirib. Ümummilli lider Heydər Əliyevin idmançılara və gənclərə, eləcə də onun ictimai-siyasi və idman fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini söyləyən Ağacan Abiyev bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. Ölkədə idmanın inkişafına göstərilən dövlət qayğısından söhbət açan Ağacan Abiyev qeyd edib ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Bütün bu nailiyyətlərin əsasında Milli Olimpiya Komitəsinin Prezidenti, dövlətimizin başçısı İlham Əliyevin respublikamızda idmana yüksək qayğısı dayanır.
Sonda yubilyara xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16

