Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2017-ci ilin idman laureatlarını mükafatlandırıb
30.12.2017 [01:11]
AZƏRTAC ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi seçilib
Dekabrın 29-da Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq, 2017-ci ilin idman laureatlarını mükafatlandırıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. 2017-ci ilin Azərbaycanın idman həyatında mühüm uğurlarla yadda qaldığını diqqətə çatdıran E.İsmayılov ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-Prisinə, qadın voleybol komandaları arasında Avropa çempionatına, eləcə də idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarına, beynəlxalq turnirlərə müvəffəqiyyətlə ev sahibliyi etdiyini vurğulayıb. O, milli komandamızın İslamiadada birinci pillədə qərarlaşmasını, həmçinin idmançılarımızın bu ili 851 medalla başa vurmalarını Azərbaycanın idman ölkəsi olmasının sübutu kimi dəyərləndirib.
AİJA-nın fəaliyyətindən söz açan E.İsmayılov bildirib ki, 1995-ci ildə yaradılan qurum Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında (AIPS) ölkəmizi uğurla təmsil edir. Assosiasiya 1996-cı ildən başlayaraq, idman mətbuatı və jurnalistləri arasında fərqlənənləri təltif edir.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib.
Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi seçilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.
Anar Əhmədov (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Oqtay Bayramov (“Xalq qəzeti”) və Vüqar Xeyrullayev (Apasport), Akif Ağayev (“Yeni həyat”, Masallı) ilin idman jurnalistləri, Leyla Nağıbəyova (“Neftçi” futbol klubu) isə ilin fotoreportyoru nominasiyalarında mükafatlandırılıblar.
“Futbol+” ilin idman qəzet, “CBC Sport” isə telekanallar sırasında fərqlənib. İlin idman nəşri nominasiyasında Əbülqasım Novruzovun müəllifi olduğu “Şuşada voleybolu sevirdilər...” kitabı qalib seçilib.
Laureatlar sırasında Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidməti, həmçinin “sport24.az” və “1news.az” portalları da var.
“Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, “Bakı-2017”nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, boksçu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvandoçu Milad Beigi Hərçəqani ilin idmançıları adına layiq görülüblər.
İlin komandası nominasiyasının qalibi “Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov ilin baş məşqçiləri elan ediliblər.
İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Elşən Məmmədov olublar.
Sonra bir qrup şəxsə AİJA-nın 2018-2019-cu il üçün vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxHadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04

