Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Forsell Azərbaycana qarşı oynamayacaq

Forsell Azərbaycana qarşı oynamayacaq

03.09.2009 [01:24]

Finlandiya yığması aparıcı futbolçularından birini “itirib”. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Azərbaycanla keçiriləcək matçda skandinaviyalılar ciddi itki ilə üzləşiblər.  Belə ki, Almaniyanın “Hannover” klubunda çıxış edən Mikael Forsell yığmamıza qarşı oynaya bilməyəcək. Buna 28 yaşlı futbolçunun zədəsi səbəb olub.
Tibbi müayinə Finlandiya millisinin düşərgəsində olan hücumçunun Lənkəranda meydana çıxa bilməyəcəyini müəyyənləşdirib. Komandanın baş məşqçisi Stüart Bakster Mikaelə olan ümidlərini itirmədiyini bildirib: “Bəli, Forsell zədəlidir. Lakin biz onu heyətdən çıxarmırıq. çünki gələn həftə keçiriləcək Lixtenşteynlə qarşılaşmayadək sağalması mümkündür. Düşünürəm ki, Azərbaycanla görüşdən fərqli olaraq, həmin matçda hücumçumuz bizə kömək edəcək”.

Paylaş:
Baxılıb: 1256 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30