Bu il beş fəal könüllü Formula-1 Monako Qran-Prisini izləmək şansı əldə edəcək
15.02.2018 [10:06]
Formula-1 yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən “Bakı Şəhər Halqası” Akademiyasının yaradılmasından bir il ötür.
Bu münasibətlə BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova Akademiyanın ötən bir ildəki fəaliyyəti ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- İranə xanım, ötən bir il ərzində BŞH Akademiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ötən bir il ərzində BŞH Akademiyasında könüllülərin sadəcə yarışlara hazırlığı deyil, həm də fərdi və peşəkar inkişafı istiqamətində müxtəlif təlim və seminarlar keçirilib. Könüllülər üçün “Konfliktlərin idarə olunması”, “Rəqəmsal marketinq”, “Emosional zəka”, digər fərdi və peşəkar inkişafyönümlü seminarlar təşkil edilib.
Bundan başqa, könüllülərin dil biliklərini daha da inkişaf etdirmək üçün rus və ingilis dillərində danışıq klubları təşkil olunub. Könüllülər bu danışıq klubları vasitəsilə dil biliklərini daha da gücləndirmək şansı əldə edirlər. Həmçinin Akademiyada könüllülərin və işçilərin fərdi inkişafını təmin etmək üçün kitabxana da fəaliyyət göstərir. Kitabxanada bədii ədəbiyyatla yanaşı, peşəkar inkişaf istiqamətində olan müxtəlif kitablardan da faydalanmaq mümkündür.
Ümumilikdə, Akademiya könüllülərin gələcək inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirərək onların uğurlu karyera qurmasında başlıca rol oynayır. Akademiyanın fəaliyyəti müxtəlif istiqamətlərdə aparılır. Akademiyada təlim, seminar və danışıq klublarının təşkilindən başqa könüllülər üçün cəmiyyətdə öz nüfuzu ilə seçilən insanlarla görüşlər də keçirilir.
- Akademiya ölkəmizdə könüllülər hərəkatının inkişafına hansı töhfələr verib?
- Akademiya fəaliyyətini müxtəlif istiqamətlərdə həyata keçirməklə ölkədə könüllülər hərəkatının inkişafına böyük töhfə verir. BŞH Akademiyası müxtəlif motivasiya tədbirlərinə, həmçinin yarışlara qədər olan müddətdə təşkil edilən digər görüşlərə könüllülərin cəlb olunmasında mühüm rol oynayır. Könüllülərin yarışa tam hazırlığının təmin edilməsi, onların müxtəlif sahələrdə təlimləndirilməsi və yaradılan əlverişli şərait gənclərin bu sahəyə marağının daha da artmasına təkan verib.
Qeyd etmək istərdim ki, daha əvvəl Akademiyanın yaratdığı şəraitdən faydalanan çoxlu sayda könüllü ötən il Formula-1 Azərbaycan Qran-Prisində işçi olaraq fəaliyyət göstərmək şansı əldə edib. Bu da öz növbəsində Akademiyanın könüllülərlə bağlı və könüllülər hərəkatında icra etdiyi vacib roldan xəbər verir. Akademiya yalnız könüllülərin fərdi inkişafına deyil, eyni zamanda, Azərbaycanda keçirilən Formula-1 yarışları üçün gənc və peşəkar kadrlar yetişdirməklə ölkədə aparılan gənclər siyasətinə böyük dəstək verməkdədir.
- BŞH Akademiyasının yeni layihələri və perspektivləri barədə nə deyə bilərsiniz?
- Akademiya hər zaman könüllülər üçün müxtəlif maraqlı tədbirlər keçirməklə onlar arasında komanda quruculuğunu daha da gücləndirməyə çalışır. Ötən il yarış ərəfəsində fəallığı ilə seçilən beş könüllümüz İtaliya Qran-Prisini canlı izləmək şansı əldə etdi. Bu il də könüllülərimizi gözəl hədiyyə gözləyir. Ən yüksək səviyyədə peşəkarlıq göstərəcək beş könüllü Formula-1 Monako Qran-Prisində tamaşaçı kimi iştirak şansı əldə edəcək.
Bundan başqa, Akademiyada könüllülərin müxtəlif sahələrdə uğur qazanmış şəxslərlə görüşləri də davam edəcək. Akademiya Formula-1 Azərbaycan Qran-Prisinə qədər olan müddətdə könüllülərin yarışa tam hazırlığını təmin etmək məqsədilə rol və məkan üzrə təlimlər keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

