Formula 1 Azərbaycan Qran-Prisi pilotların və komanda rəsmilərinin gözü ilə (II hissə)
05.05.2018 [16:12]
Aprelin 27-29-da Azərbaycan üçüncü dəfə Formula 1 Azərbaycan Qran-Prisinə yüksək səviyyədə ev sahibliyi etdi. Formula 1 üzrə hazırkı dünya çempionatının Bakıda keçirilən dördüncü mərhələsi - Azərbaycan Qran-Prisi haqqında pilotlar və komanda rəhbərləri öz təəssüratlarını bölüşüblər.
AZƏRTAC Formula 1 Azərbaycan Qran-Prisində iştirak edən pilotların və komandaların nümayəndələrinin Bakıdakı yarışla bağlı təəssüratlarını təqdim edir.
“Renault” komandasının rəhbəri Siril Abitebul: “Pilotumuz Karlos Saynz Bakı yürüşündə beşinci yeri tutdu. Bunu uğurlu nəticə kimi qəbul etmək olar. Komandamız iki il əvvəl Formula 1 yarışlarına qayıdıb. Ötən illə müqayisə etsək komandamızda inkişaf müşahidə olunur. “Renault” Bakıda həftəsonunu yüksək səviyyədə başa vurdu. Formula 1 üzrə dünya çempionatının Avropa mərhələsinə Bakıda start verildi. Ümid edirəm ki, bundan sonra qazanılacaq xallar komandamızın Konstruktorlar kubokunda irəliləməsinə imkan yaradacaq”.
Azərbaycan Qran-Prisində beşinci olan Karlos Saynz: “Tutduğum beşinci yer komandamız üçün uğurlu nəticədir. Bakı yürüşündə xal qazandığım üçün özümü şanslı hiss edirəm. Komandamız Avropa yürüşlərinə böyük həvəslə başlayır. Mühəndislərlə birgə bolidlərin yeni yürüşlərə hazırlanmasını həmişə diqqət mərkəzində saxlayırıq. Səbirsizliklə İspaniyada keçiriləcək yarışı gözləyirəm”.
“Sauber” komandasının rəhbəri Frederik Vasser: “Komanda rəhbərliyi Azərbaycan Qran-Prisindən razı qaldı. Pilotumuz Şarl Lekler Formula 1-də ilk xallarını Bakıda qazandı. Bu göstərici pilotumuz üçün böyük uğurdur. O, bununla fəxr edə bilər. Pilotlarımız öz üzərlərində əzmlə çalışmalıdırlar ki, növbəti Qran-prilərdə də xallar qazana bilsinlər. Bakı mərhələsi təkcə komandamızın xal qazanması ilə yadda qalmadı. Həmçinin bolidlərimizin sürəti Bakı trasında hiss olundu”.
Azərbaycan Qran-Prisində altıncı yeri tutan “Sauber”in pilotu Şarl Lekler: “Bakı yürüşü möhtəşəm keçdi və nəticəmdən razıyam. Yürüşdə xeyli sayda qəza oldu. Formula 1-də ilk xalı qazanmaq gözəl hissdir. Biz öz potensialımıza bələdik. Yürüşdə güclü rəqiblərin olduğunu anlayırıq və onlarla mübarizə aparmağa hazırıq”.
“McLaren” komandasının idman direktoru Erik Bulye: “Bakıda təşkil olunan yürüşdə hər iki pilotumuz xal qazanmağı bacardı. Bu, bizi çox sevindirir. Bu, bizim strategiyanın, mühəndis və mexaniklərimizin birgə işinin sayəsində mümkün oldu. Bakı yürüşünün birinci dövrəsində yaşanan qəzadan sonra pilotumuz Fernando Alonso balansı qoruyub pit-stopa daxil oldu və sonda yarışı yeddinci pillədə başa vurmağı bacardı”.
Formula 1 dünya çempionatının Azərbaycan mərhələsini yeddinci pillədə başa vuran “McLaren”in pilotu Fernando Alonso: “İlk dövrədə yarış çox çətin oldu. Həmişə pelotonda qəzalar baş verir. İlk dövrədə bolidim ciddi zədə aldı. Fikirləşdim ki, yarış mənim üçün başa çatdı. Ancaq komanda mənim bolidimi saz vəziyyətə gətirdi. Sonda komandama xallar qazandırmağı bacardım. Təhlükəsizlik maşının sayəsində “Sauber” və “Renault” komandalarını qabaqlamağı bacardım. Bakı yürüşü son zamanlar keçirdiyim ən möhtəşəm yarışdı”.
“Red Bull Racing” komandasının rəhbəri Kristian Xorner: “Pilotlarımız yarış başladığı andan bir-biri ilə gərgin mübarizə apardılar. Pit-stopdan sonra bolidlərimizin toqquşması hər iki pilotun yarışdan kənarlaşması ilə nəticələndi. Bu, komandamız üçün böyük itki oldu. Artıq pilotlarımız məyus olduqlarını bildiriblər. Növbəti yarışlara hazırlaşmaq lazımdır”.
Qəza səbəbindən Azərbaycan Qran-Prisini başa vura bilməyən “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo: “Yürüş xaotik oldu. Bundan daha çox mən və həmkarım əziyyət çəkdi. Biz belə sonluğun olmasını arzulamırdıq. Bir-birimizlə də mübarizə aparmaq istəyirdik. Çünki komanda rəhbərliyi buna icazə verir. Biz sağlam rəqabət aparmaq istəyirdik. Yaşanan bu hadisəyə görə, komandanın kollektivindən üzr istəyirəm. Mübarizə qarşıdadır. Ümid edirəm ki, növbəti yürüşlərdə podiumda yer ala biləcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

