Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Nazirlik Henrix Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib

Nazirlik Henrix Mxitaryana təhlükəsizlik təminatı verilməməsinə dair iddiaları təkzib edib

14.05.2019 [09:29]

Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.
Nazirliyin mətbuat katibi Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, deyilənlər heç bir reallığı əks etdirmir.
Nazirlik rəsmisi deyib ki, əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.

Paylaş:
Baxılıb: 869 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30