Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
18.05.2019 [09:48]
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə “iTicket” bilet satış şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, razılığa əsasən, “iTicket.az” şirkəti “Bakı 2019” Avropa Gənclər XV Yay Olimpiya Festivalının rəsmi bilet satışının təminatçısı və dəstəkçisi olub.
Gənclər və idman naziri Azad Rəhimov “iTicket.az” şirkəti ilə razılığın əldə olunmasından məmnunluğunu bildirərək deyib: “Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri müəyyənləşdirmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, bütün bunlar yerli və xarici idman azarkeşlərində festivala daha çox maraq cəlb edəcək və bu möhtəşəm idman oyunlarını şəxsən izləmələri üçün şərait yaradacaq”.
“iTicket.az” şirkətinin baş direktoru Ziya Məmmədov saytın Bakıda keçiriləcək Avropa Gənclər XV Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi olmasından qürur duyduğunu vurğulayıb: “Əvvəlki vaxtlarda keçirilmiş belə beynəlxalq tədbirlərdən əldə etdiyimiz təcrübəmiz bizə “Bakı 2019”da öhdəliklərimizi uğurla yerinə yetirəcəyimizə dair inam yaradır”.
Festivalın yarışlarına ümumilikdə 146 min bilet satışa çıxarılacaq. Biletlərin təxminən yarısı iyunun 10-dan “Bakı 2019”un rəsmi saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https:// www.iticket.az satışda olacaq. Bundan başqa, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərindəki 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.
Açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manat arasında olacaq. Hər iki mərasim “Baku Crystal Hall”da keçiriləcək.
Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat “Bakı 2019”un rəsmi səhifəsində elan ediləcək.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən “iTicket.az” konsert, teatr, idman və əyləncəvi təşkilatların bilet satışını onlayn və oflayn qaydada həyata keçirir. 2017-ci ildən etibarən iTicket.az IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin, qadın voleybolçular arasında Avropa çempionatının (2017), UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının, BMX velosipedi üzrə dünya çempionatının, “Jara-18” beynəlxalq musiqi festivalının, Azərbaycan Cüdo Federasiyasının və AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxHadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04

