Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Kriştiano Ronaldodan yeni rekord

Kriştiano Ronaldodan yeni rekord

02.09.2021 [10:35]

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırıb.

AZƏRTAC xəbər verir ki, 36 yaşlı hücumçu buna İrlandiyaya qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

89-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atan forvard yığmada 110-cu dəfə fərqlənib. Beləliklə, Ronaldu milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.

Təcrübəli oyunçu 90+6-cı dəqiqədə isə Portuqaliyaya qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, Əli Daei İran millisində 109 qol vurub.

Paylaş:
Baxılıb: 1014 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30