Siyasət və pandemiya: Qış Olimpiya Oyunları baş tutacaqmı?
08.01.2022 [00:01]
Qarşıdan növbəti Qış Olimpiya Oyunları gəlir. Çində keçiriləcək mötəbər yarış öncəsi İsveçrə Milli Olimpiya Komitəsi (IMOK) “Pekin-2022”i təxirə salmağa çağırıb. IMOK rəhbəri Ralf Ştokli Beynəlxalq Olimpiya Komitəsinə (IOC) müraciətində hər gün idmançıların koronavirus infeksiyasına yoluxduğunu bildirib. Onun sözlərinə görə, Oyunların açılış mərasiminədək çox az vaxt var və bu səbəbdən yarışın təxirə salınmasını müzakirə etmək mümkündür: “Əgər Olimpiadaya güclü idmançılar getməyəcəksə, bu zaman vəziyyət daha pis olacaq. Qış idman növlərinin inkişaf etdiyi Avropa ölkələrində vəziyyət daha çətindir”.
İsveçrədən fərqli, Koreya Xalq Demokratik Respublikası (KXDR) Çində təmsil olunmaq fikrində deyil. Bu ölkənin Milli Olimpiya Komitəsi “Pekin-2022”nin Təşkilat Komitəsinə məktub ünvanlayaraq, düşmən qüvvələrin hərəkətləri və COVID-19 pandemiyası səbəbindən idmançılarının Olimpiadada iştirak etməyəcəyini bildirib.
IOC rəhbərliyi isə Olimpiada öncəsi yaranmış durumdan narahat deyil. Qurumun prezidenti Tomas Bax deyib ki, Pekin Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır. O, hazırda iki əsas problemə - siyasət və pandemiyaya diqqət çəkib. Bax ötən il BMT Baş Assambleyasında 193 ölkənin hamısının Pekində keçiriləcək Oyunları dəstəklədiyini vurğulayıb. Koronavirusun “omikron” ştammının dünyada sürətlə yayılmasına toxunan İOC rəhbərinin fikrincə, Çin tərəfinin yaratdığı qapalı məkan planetin ən təhlükəsiz yeridir.
Azərbaycan fevralın 4-dən 20-dək keçiriləcək Qış Olimpiya Oyunlarına iki idmançı ilə qatılacaq. Milli Olimpiya Komitəsindən (MOK) “Yeni Azərbaycan”a verilən məlumata görə, ölkəmizi fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək. Onlar Pekinə yarışların təqviminə əsasən gedəcəklər.
Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovdur. MOK-un baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbovun yer aldığı Azərbaycan nümayəndə heyəti də Pekinə yollanacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

