Avropa sığortaçıları “Şimal Axını”na niyə kompensasiya ödəmir?
23.04.2024 [11:00]
Avropanın tanınmış sığorta şirkətləri olan “Lloyd’s of London” və “Arch Insurance” 2022-ci ilin sentyabrında “Şimal axını” qaz boru kəmərinin partlamasına görə operator “Nord Stream AG” şirkətinə kompensasiya ödəməkdən imtina edib. Buna səbəb sığorta məbləğinin yüksək - 400 milyon avro həcmində olmasıdır. Əslində, burada məbləğ əsas amil deyil, Rusiyanın Ukrayna ilə müharibəsi mövcud anlaşılmazlıq və narazılıq üçün zəmin verməkdədir. Sözügedən sığorta şirkətlərinin iddialarını müdafiə edən Londonun Ali Məhkəməsi də təxminən buna oxşar açıqlama ilə çıxış edərək tərəflər arasında imzalanan müqavilədə “müharibə”, “münaqişə”, “hərbi əməliyyatlar” zamanı kəmərə dəyən zərərin sığorta hadisəsi kimi nəzərdə tutulmadığını, hərbi toqquşmalar zamanı siyasi səbəblərə görə, partladıldığını bəyan edib.
London Ali Məhkəməsinin son illərdə araşdırdığı ən böyük məbləğli iddia olan bu hadisənin hər iki tərəfdən iddiası da fərqlidir. Belə ki, “sığortaçı qurumlar olan “Lloyd’s of London” və “Arch Insurance” borunun partladılmasına görə, hesablanmış kompensasiya məbləğinin şişirildiyini iddia edir, boru kəmərinin operator şirkəti olan “Nord Stream AG” isə dəymiş zərərin tam düzgün və hərtərəfli araşdırılmış sığorta zərəri olmasında israrlıdır.
Qeyd edək ki, 2024-cü ilin mart ayında “Nord Stream AG” şirkəti London Ali Məhkəməsinə müraciət edərək Rusiyadan Avropaya Baltik dənizinin dibi ilə qaz ixracını həyata keçirən “Şimal axını” layihəsini sığorta edən “Lloyd’s of London” və “Arch Insurance” şirkətlərindən 400 milyon avro tələb edib. Operator şirkət bildirib ki, kəmərin tam bərpası üçün 1,2 milyard avro lazımdır. Bu vəsaitlə borunun qalıqlarının dənizin dibindən çıxarılması, təmiri və yenidən işlək vəziyyətə gətirilməsi kimi tədbirlərə daxildir.
London məhkəməsi hələlik yekun qətnamə çıxarmasa da məhkəməyə müraciət edən iddialaçıların - “Lloyd’s of London” və “Arch Insurance”ı müdafiə edən mövqedən çıxış etməsi sığorta ödənişlərinin icra edilməyəcəyinə işarədir. Məhkəmə fors-major hadisələri sığorta predmeti hesab etməyərək faktiki olaraq qaz nəql edən kəmərin operatoru olan Rusiya şirkətinin maliyyə borcunun ödənilməsində cavabdeh olan sığortaçılar üçün hüquqi təminat vermiş olur. Bunun beynəlxalq hüquq baxımından nə dərəcədə əsaslı olub-olmamasını müəyyən etmək müəyyən qədər çətinlik törətsə də, ancaq hansısa hərbi və ya siyasi proseslərdən asılı olmayaraq sığorta şirkətlərinin öz iqtisadi öhdəliklərinə sadiqliyi məsələsi də diqqətdən qaçmamalıdır. Beynəlxalq praktikada sığorta şirkətlərinin nəqliyyat-tranizit, boru kəmərlərinin sığortasına görə, öz öhdəlikləri mövcuddur ki, burada onlar üçün iqtisadi bazar alətləri əsas yerdə dayanır, siyasi amillərin sığorta predmetinə çevrilməsi istənilən halda sığortaçını beynəlxalq nüfuz və imicinə xələl gətirə bilər. Bir reallıq da odur ki, “Nord Stream AG” şirkəti 5 ildən artıqdır ki, həmin sığorta şirkətinə hər il sığorta haqqı ödəyib, bu baxımdan adıçəkilən ingilis şirkətlərinin cavabdeh tərəfə kompensasiya ödəməkdən imtina etməsi beynəlxalq sığorta bazarında sığorta cavabdehliyinin artıq iqtisadi hüquq nor?alarından kənara çıxaraq siyasi predmetə çevrilməsinə dəlalət edir.
London Məhkəməsinin bu mövqeyi həm də “Şimal axını” kəmərinin Avropa üçün artıq gərəksiz bir qaz kəmərinə çevrilməsi ilə bağlı mövqeyindən irəli gəlir. Çünki Avropa ölkələri 2023-cü ildən etibarən Rusiyadan qaz nəqlini 3 dəfədən çox azaldıb və Rusiyadan Avropaya uzanan enerji axınlarına ehtiyac azalır. Rusiyada hasil edilən 600 milyard kub metr qazın 70 faizindən çoxu “Qazprom”un payına düşməklə yanacağın 50% -i Avropaya yönəlirdi, “Şimal axını” əsasən, Almaniya, Danimarka, Finlandiya, İsveçdən keçməklə Mərkəzi Avropaya qədər uzanırdı. İndi həmin bölgəyə qaz həcmləri tarixi minimuma düşüb, qaz əsasən Şərqi Avropa ölkələrinə axır, Qərbi və Mərkəzi Avropaya qaz nəqli demək olar ki, qeyri-işlək vəziyyətdədir. Son 2 ildə Avropanın qazla təmin edən “Şimal axını 2” layihəsi də demək olar ki, effektivliyini itirib. Rusiya qazının əvəzində Avropa ölkələrinə Norveç, Qətər, Əlcəzair, eləcə də ABŞ tərəfindən “LGN” (sıxılmış maye qaz) axıdılır. Məhz buna görə də, Avropa şığortaçıları və London Məhkəməsi öz rentabelliyini itirən Rusiyanın boru kəmərinin təmirinə görə, kompensasiya ödənilməsində maraqsızdır.
Rusiya iddia edir ki, kompensasiyanın ödənilməsindən imtina edilməsi Avropanın sığorta şirkətlərinin beynəlxalq öhdəliklərindən boyun qaçırmasıdır və sırf siyasi əsaslara söykənir. Qərbin Rusiyaya qarşı sanksiyalarından arxayın olan sığorta şirkətləri beynəlxalq anti-Rusiya koalisiyasına güvənərək siyasi manipulyasiyayay yol verir. Halbuki boru kəmərinin sığortalanmasına dair qarşılıqlı öhdəliklər müharibədən bir neçə il əvvəl müəyyənləşib və hərbi münaqişə iddiası sadə və bəhanədir. Moskvanın qənaətinə görə, bu hadisə Avropada tanınmış sığorta şirkətlərinin reputasiyasına mənfi təsir göstərəcək, Qərbə etimadı daha da zəiflədəcəkdir.
ELBRUS
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

