Azərbaycan 2025-ci il razılaşmasını dəstəkləyir
04.06.2024 [10:37]
“OPEC+” ölkələri neft hasilatının sabit saxlanılmasında qərarlıdır
İyunun 2-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC (“OPEC+”) ölkələrinin nazirlərin görüşündə qlobal neft tədarükü və bazardakı vəziyyətlərlə bağı məsələlər müzakirə olunub. Kartel və alyans ölkələri tərəfindən əsas müzakirə mövzularından biri qlobal bazara çıxarılan gündəlik neft hasilatının sutkalıq səviyyəsinin müəyyən edilməsi ilə bağlı olub.
“OPEC+” sazişində iştirak edən ölkələrin nazirlərinin qərarına əsasən, mövcud gündəlik hasilat və nəql kvotası ilin əvvəlində verilmiş çərçivədə saxlanılacaq. Qeyd edək ki, 2024-cü ilin birinci rübündən etibarən bir neçə OPEC+ ölkəsi bazarı tarazlamaq üçün könüllü olaraq neft hasilatını gündəlik, ümumilikdə, 2,2 milyon barel azaldıb. Həmin qərarın qəbul edilməsində əsas məqsəd dünya bazarına daha az neft tədarük etməklə qiymət enişlərinin qarşısını almaq, mövcud qiymət şkalasını qoruyub saxlamaq olub. Kartel ölkələri indiki 85-90 dollar qiymət dəhlizini optimist və bazar üçün sərfedici hesab edirlər. Ona görə də mövcud qərarları qarşıdakı aylarda neftin dünya bazar qiymətlərinin dayanıqlığı baxımdan da əhəmiyyətlidir.
2025-ci ilin yanvar ayından sonra isə alyans ölkələri tərəfindən icazə verilən neft hasilat səviyyəsi sutkada 300 min barel artırılacaq. İclasda razılaşdırılmış mövcud “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC +” ölkələrində mövcud xam neft istehsal səviyyəsi gələn il sabit saxlanılacaq, üç müstəqil mənbə tərəfindən istehsal göstəricilərinin qiymətləndirilməsinin 2025-ci ilin noyabrın sonuna qədər uzadılması və bu nəticələr əsasında 2026-cı il üçün yeni baza səviyyəsinin müəyyənləşdirilməsi müəyyən ediləcək. Yeni qərara uyğun olaraq gələn il Azərbaycanın gündəlik kvotası 551 min barel həcmində dəyişməz qalacaq.
Xatırladaq ki, “OPEC+” ailəsinin üzvü olan Azərbaycanın gündəlik neft hasilatı da alyans üzvlərinin birgə qərarına əsasən müəyyənləşir. Həmin qərarlara uyğun olaraq, Azərbaycan gündəlik neft hasilatının 2024-cü il üzrə müəyyən edilmiş kvotası təxminən 550 min barel təşkil edir. Bu, ölkəmiz üçün orta qiymət şkalasının tənzimlənməsində qənaətbəxş hesab edilə bilər. Ümumiyyətlə, respublikamız istər OPEC-in, istərsə də “OPEC+”in tədbirlərində qəbul edilən qərarlara həmişə hörmətlə yanaşıb və rəsmi Bakı üçün kvotanın azaldılması barədə dəfələrlə irəli sürülmüş təklifləri tam yerinə yetirib.
OPEC ölkələrində hasilatın artırılmasında isə əsas pay iri tədarükçülərin, xüsusilə də Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) üzərinə düşəcək, BƏƏ-də kvotanın artırılması 2025-ci ilin yanvarından sentyabrın sonunadək mərhələli şəkildə həyata keçiriləcək. Səudiyyə Ərəbistanı və Rusiya üçün 2025-ci il üçün neft hasilatının icazə verilən səviyyəsi 2024-cü illə müqayisədə dəyişməyib, müvafiq olaraq sutkada 10,5 milyon və 9,9 milyon barel.
“OPEC+” ölkələri dekbarın sonunda növbəti toplantı zamanı, həmçinin ittifaq ölkələrinin istehsal gücünün qiymətləndirilməsi əsasında 2026-cı il üçün kvotalar müəyyən edəcək. Bu zaman neftin azaldılıb-artırılmayacağı əsasında hasilatın həcmləri nizamlanacaq. Əgər qiymətlərdə kəskin enişlərin baş vermə tendensiyası müşahidə olunarsa risklər nəzərə alınaraq hasilatın azaldılmasına qərar verilə bilər, bazarın qiymət çərçivəsi dayanıqlı qaldığı halda sabit kvota və ya azaldılmaların olması da mümkündür.
Azərbaycan alyansda etibarlı tərəfdaş və nümunəvi tədarükçü kimi təkcə neft ehtiyatlarının nəqlini deyil, həm də müasir qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin səfərbər olunması və koalisiyalarla birlikdə nəqlində təşəbbüskarlıq edir. Xüsusilə də son dövrlərdə “yaşıl enerji” üzrə layihələrdə OPEC-in ən iri təchizatçıları olan BƏƏ və Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” konsepsiyasında yaxın tərəfdaşlıq və birgə Günəş və külək stansiyalarının qurulması bu fəallığın nümunəsi kimi qiymətləndirilir. Bunu OPEC-in baş katibi Haysam əl-Qays də etiraf edir və bildirib ki, kartel ölkələri ilə Azərbaycan arasında əlaqələri hər zaman yüksək olub, hazırkı əməkdaşlıq isə “qızıl dövr”ünü yaşayır. OPEC-in rəhbərliyi qlobal səviyyədə yanacaq emissiyasının azaldılması və yaşıl hidrogenə keçidlə bağlı beynəlxalq təşəbbüslərin dəstəkləyicisi olan Azərbaycanın səylərini də yüksək dəyərləndirib. Ələlxsus da COP29-la bağlı görülən tədbirlər, o cümlədən neft sənayesi oyunçularının mövqeyinin dinlənilməsini təmin edən inklüziv yanaşmada ölkəmizin iradəsi konstruktiv addım hesab edilir.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

