Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Acwa Power” Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq

“Acwa Power” Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq

05.06.2024 [16:16]

“Acwa Power” Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Acwa Power” şirkətinin EVP - regional direktoru Abid Malik Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, investisiya əsasən bərpaolunan enerji sahəsinə yatırılacaq.

“Acwa Power” olaraq Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstəririk. Bərpaolunan enerji ilə bağlı burada perspektiv çoxdur. Belə ki, siyasi baxımdan stabil region olmaqla yanaşı, tranzit yollar və dəhliz üstünlüklərini nəzərə alsaq Azərbaycan çox əlverişlidir və bizim üçün hədəf ölkədir. Eyni zamanda, biz SOCAR-la da əməkdaşlıq edirik. Bizim planlarımızdan biri Azərbaycan ilə əməkdaşlıq edərək yaşıl enerjini inkişaf etdirməkdir. Burada tamamlanacaq mərhələlər çoxdur”, - deyə o diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 842 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30