Azərbaycan Avropaya qaz ixracını artırır
12.06.2024 [10:10]
TransXəzər ideyası isə gerçəkliyə indi daha yaxındır
Azərbaycan 2024-cü ilin yanvar-may aylarında Avropaya 5,3 milyard kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz nəqlinin 0,5 milyard kubmetr və ya 10,4 faiz artması deməkdir. Ümumilikdə isə ötən 5 ay ərzində Azərbaycandan xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Qeyd edilən dövrdə ölkəmizdən Türkiyəyə qaz ixracının həcmi 4,1 milyard kubmetr, Gürcüstana 1,2 milyard kubmetr təşkil edib. Hesabat dövründə TANAP-la 2,3 milyard kubmetrə yaxın qaz nəql olunub. Avropanın cənubuna qaz nəqlini təmin edən TAP kəmərinin isə ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
Qeyd edək ki, Azərbaycan 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - TAP-ı istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edibdir. 2023-cü ildə isə 12 milyard kubmetrdən çox qaz ixrac edibdir. 4 ildir ki, qlobal qaz bazarının ən etibarlı və layiqli üzvü kimi tanınan Azərbaycandan qaz almaq istəyən ölkələrin sayı hər il artır və hazırda 8 Avropa dövləti Azərbaycandan qaz alır.
2024-cü ilin ilk 5 ayının qaz ixracı statistikası ehtiva edir ki, ilin sonunda Avropa bölgəsinə ixrac olunacaq mavi yanacağın həcmi təxminən 13-14 milyard kubmetr təşkil edəcək. Növbəti illərdə ixracın daha da artırılması gözlənilir və Xəzərin Azərbaycana aid sektorlardakı yeni qaz yataqlarında hasilatın artırılması işləri davam etdirilir. Nəticədə növbəti ildə Aİ-nin digər ölkələrinə də qaz nəqlini təmin etmək mümkün olacaq. Belə ki, Slovakiya, Avstriya, Makedoniya, Moldova və digər ölkələrin də Azərbaycan qazı əldə etməsi mümkünləşmiş olacaq.
Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) hədəf proqramına əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artmalıdır. Proqnozlara əsasən, 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard. kubmetrədək artırılacaq. Avropa İttifaqı Azərbaycanın enerji resursları ilə yanaşı, Cənub Qaz Dəhlizinə digər Xəzəryanı ölkələrin də yanacaq ehtiyatlarının cəlb olunmasını təklif edir və bu da həmin dəhlizin genişləndirilməsini zəruri edir. Xəzər regionunun digər ölkələri Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması istiqamətində aktiv danışıqlar aparılmaqdadır. Bu isə TransXəzərin reallaşmasını aktuallaşdırır.
Avropa İttifaqının enerji üzrə ekspertləri hesab edirlər ki, Azərbaycan Mərkəzi Asiya-Xəzər regionun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarınnı Qərbə nəqlində daşıyıcı missiyasına malikdir. Ona görə də Azərbaycanın digər region ölkələrinin yanacağının cəlbində və daşınmasında rolu və etibarı daha böyük olduğundan Avropa İttifaqı yeni sazişlərin imzalanmasını da Bakı ilə əlaqələndirir.
Bir müddət əvvəl Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə qardaş ölkəyə nəql olunacaq. Bu saziş Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması üçün açar rolunu oynaya bilər. Belə ki, Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli üçün hüquqi-iqtisadi əsaslar yaranır, Azərbaycanın müəllifi olduğu TAP kəməri Cənub Qaz Dəhlizinə qoşulmağı təmin edir.
Avropa İttifaqı ölkələri Rusiya qazının həcmlərinin azaldığını nəzərə alaraq bir neçə enerji mənbəyinə ümid edir ki, onlardan ən rentabelli və perspektivlisi Xəzər regionudur. Xəzər regionu Asiya və Avropanın əsas qaz istehlak bazarlarına daha yaxındır və bu baxımdan Aİ Xəzər dənizinin zəngin qaz ehtiyatlarının tədarükünü daha da tezləşdirməyə çalışır. Bu baxımdan Xəzər regiounun qaz tədarükçüləri olan Türkmənistan, Qazaxıstan və Azərbaycana ehtiyac daha da artır. Xəzərə zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstan və hətta İranın da gələcəkdə Cənub Qaz Dəhlizinə qoşulmasnı və qaz nəqlinin artırılması gerçəkləşməyə yaxındır. Beləliklə, Xəzər mənbəyindən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunması mümkünləşə bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

