Azərbaycanın öncül təşəbbüsü...
09.07.2024 [10:20]
Türk dövlətləri yeni iqtisadi güc arxitekturası formalaşdırır
Qarabağ Bəyannaməsi qardaş ölkələrin böyük bir iqtisadi coğrafiyada regional və qlobal potensialını möhkəmləndirəcək
Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türk ölkələri ilə əlaqələrin genişləndirilməsində son illərdə geniş vüsət alan iqtisadi layihə və proqramların müstəsna əhəmiyyətinə toxunaraq bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyinə diqqət çəkdi. Dövlətimizin başçısı bildirdi ki, böyük coğrafi məkanı əhatə edən türk dövlətləri arasında son illərdə artan iqtisadi dinamika mövcud zəngin təbii resursların daha çox səfərbər edilməsini və müasir infrastrukturların köməyilə vahid bir iqtisadi gücün formalaşmasını aktuallaşdırıb. Mərkəzi Asiya, Qafqaz, Aralıq və Qara dənizi birləşdirən nəqliyyat dəhlizləri Türk dünyasının iqtisadi-maliyyə inkişafı üçün güclü zəminlər yaradır.
TDT qarşıda duran iqtisadi hədəfləri vahid iqtisadi siyasətlə əlaqələndirmək, müasir geoiqtisadi tələblərdən meydana çıxan maliyyə prioritetlərinə təminat yaratmaq üçün vahid büdcə təsis edib. Ancaq müəyyən edilmiş yeni Yol xəritəsinin sinerjisi maliyyə xərclərinin artırılmasını zəruri edir və Azərbaycan bu məsələdə də öncül təşəbbüskarlığı ilə seçilməkdədir.
İlham Əliyevin bəyan etdiyi kimi Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil, buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürüb. Bu nümunəvi addımın TDT-nin gələcək büdcə-maliyyə portfelinin böyüməsi üçün digər üzvlərin də əlavə maliyyə təminatları yaradacağına əminlik yaradır.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanmış Qarabağ Bəyannaməsində də üzv ölkələrin maliyyə imkanlarının artırılması, birgə ortaq layihələrdə investisiya tərəfdaşlığında əlavə imkanların birləşdirilməsi, nəzərdə tutulan iqtisadi hədəflərə çatmaq üçün böyük maliyyə-investisiya fondlarının yaradılmasına xüsusi yer verilib. Ümumilikdə, Bəyannamənin bir neçə maddəsində əsas hədəf kimi ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastruktur investisiyalarını cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifahı təmin etmək üçün üçün üzv dövlətlər arasında sıx əməkdaşlığa çağırış öz əksini tapıb. Bu məqsədlə tərəflər qarşıdan gələn illərdə ticarət həcminin həqiqi potensialına çatdırılması üçün konkret tədbirlərin görülməsi barədə razılığa gəlib. Bütün bu təşəbbüs və prioritetlərin əsas məqsəd və məramı isə TDT ölkələri arasında iqtisadi-ticari dinamikanı ən yüksək səviyyəyə çatdırmaq, investisiya portfellərini böyütmək və nəticədə türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə etməkdir.
Yuxarıda nəzərdə tutulan hədəflərə çatmaq üçün TDT bir müddət əvvəl tədbirlər planı hazırlayıb. Tədbirlər planı üzrə əsas prioritetlər yerüstü nəqliyyatla bağlı tətbiq olunan rüsumların, o cümlədən çəki, ölçü, xüsusi icazələrin alınması, təhlükəli yüklərin daşınması və s. barədə tələblər üzrə məlumatların elektron mübadiləsi, qeyri-tarif maneələri barədə araşdırmaların aparılması və təhlil sənədinin hazırlanması, səlahiyyətli iqtisadi operatorların qarşılıqlı tanınması barədə sazişlərin imzalanması və Türkiyədə tətbiq olunan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə tətbiqindən ibarətdir. İqtisadi-ticarət əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edən bu vahid ideya yaxın gələcəkdə mal dövriyyəsinin həcmlərinin ən azı 3-4 dəfə artırılmasını ehtiva edir. Qeyd edək ki, hazırda ölkələr arasında iqtisadi layihələrdə təmsilçiliyin artması və son 4-5 ildə qarşılıqlı ticarət dövriyyəsinin yüksəlməsi bu tələbləri meydana çıxarıb. Təkcə, ötən il TDT ölkələri arasında əmtəə dövriyyəsi 30 faizə yaxın artıb və ümumilikdə TDT-nin qarşılıqlı əmttə dövriyyəsinin həcmi təxminən 45 milyard dollara bərabərdir. Sözsüz ki, bu göstərici tərəfləri qane etmir və tam potensialın hərəkətliliyinin artırılması sayəsində bu rəqəmi ən azı 100 milyard dollara çatdırmaq mümkündür.
Qeyd edək ki, Azərbaycanın TDT üzvləri ilə 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 9 milyard dollardan çox olub, 2022-ci illə müqayisədə təqribən 25 faiz artım qeydə alınıb. İxracın həcmi ötən il 5,65 milyard, idxalın həcmi isə 3,37 milyard dollar təşkil edib. Azərbaycanla TDT-yə üzv və müşahidəçi dövlətlərdən Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla sərbəst ticarət sazişləri qüvvədədir ki, bu da həmin ölkələrlə idxal - gömrük rüsumlarının qarşılıqlı ləğvini nəzərdə tutur.
Ölkələr arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması isə azad ticarət, güzəştli gömrük rejimlərinin yaradılması istiqamətində səylərin daha da gücləndirilməsini labüd edir. İndiyə qədər bu sahədə bir sıra sazişlər imzalanıb ki, bunu mühüm platforma yaradıcılığında ilk addımlar kimi səciyyələndirmək olar. Məsələn, Türkiyə ilə 2020-ci ildə imzalanmış Preferensial Ticarət Sazişi və 2023-cü ilin aprel ayında isə sazişin əhatə etdiyi məhsul siyahısının genişləndirilməsini nəzərdə tutur. Hər iki ölkə hazırda sazişə əlavə protokol sənədi daxil etməklə ikitərəfli ticarət həcminin artırılması, xarici ticarətlə bağlı xərclərin azaldılması və gömrük əməliyyatlarının sürətləndirilməsi məqsədilə ticarətin asanlaşdırılması üzrə ortaq işçi qrupun yaradılmasına qərar verib.
Türk Dövlətləri Təşkilatının Ticarətin Asanlaşdırılması üzrə Strategiya sənədi üzrə yaradılmış “Beynəlxalq ticarət” işçi qrupu da hazırda bu istiqamətdə təkliflər hazırlayır ki, bu da ticarətin asanlaşdırılmasını nəzərdə tutur. Bu, türkdilli ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi və səfərbər olunması, xarici ticarət rejiminin asanlaşdırılması, bu coğrafiyanın beynəlxalq mühitə inteqrasiyasının təşkili, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasını da hədəfləyir. Həmçinin, yeni formalaşdırılmış faydalı iqtisadi institutlardan biri olan Türk İnvestisiya Fondunun (TİF) imkanlarından səmərəli istifadə edərək davamlı maliyyə dayanıqlılığı yaratmaqla regional və qlobal layihələrdə investisiya axıcılığını təmin etmək mümkündür. Azərbaycan Prezidenti Şuşa görüşündə bu məsələyə xüsusi olaraq diqqət çəkərək İnvestisiya Fondunu iqtisadi əlaqələrin daha da dərinləşməsində uğurlu addım kimi qiymətləndirdi.
Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri 155 milyon nəfər əhaliyə sahib olmaqla 4,5 milyon kvadrat kilometr coğrafi ərazini əhatə edir 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə sahib olmaqla dünyada 13-cü yerdə qərarlaşır. Alıcılıq qabiliyyəti pariteti üzrə isə türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır.
Beləliklə, türk dövlətlərinin iqtisadi potensial və resurs imkanları hədsiz dərəcədə böyükdür və Qarabağ Bəyannaməsində əks olunmuş maddələrin yerinə yetirilməsi sayəsində böyük bir iqtisadi coğrafiyada regional və qlobal iqtisadi güc arxitekturasının möhkəmlənməsi mümkün olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

