Türk dövlətlərinin ortaq maliyyə xəzinəsi
25.07.2024 [10:33]
Türk İnvestisiya Fondu nəhəng iqtisadi layihələri maliyyələşdirəcək
Türk dövlətlərinin ortaq iqtisadi-maliyyə strukturu olan Türk İnvestisiya Fondu (TİF) bu il noyabrın 1-dən fəaliyyətə başlayacaq. Bununla bağlı qərar TİF-in Direktorlar Şurasının iyulun 20-də İstanbulda keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, Azərbaycan tərəfi ötən il mayın 30-da Fondun fəaliyyəti ilə bağlı sazişi təsdiq etdikdən sonra TİF-in maliyyə donorluğu ilə bağlı hüquqi-iqtisadi mexanizmlər də müəyyənləşib. Eyni zamanda, digər türk dövlətləri Fondun fəaliyyətinin təmin edilməsi haqqında sazişləri təsdiqləyib və artıq TİF-in nizamnamə kapitalının formalaşması, maliyyə-büdcə imkanlarının təmin olunması, investisiya planı üzrə istiqamətlərin təyin edilməsi və digər məsələlər öz həlini tapıb.
Qeyd edək ki, Türk İnvestisiya Fondu Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə və Özbəkistan respublikaları tərəfindən təsis edilib. Fondun yaradılmasının hüquqi əsasları Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında 3 oktyabr 2009-cu il tarixli Naxçıvan Sazişinə əsasən müəyyənləşib. Sonradan Türk Dövlətləri Təşkilatın (TDT) çevrilən Şuranın Naxçıvanda qəbul olunmuş niyyət protokoluna əsasən, Türk İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Fondun resursları üzv ölkələrin üzvlük haqqı, investisya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacaq. TİF-in nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Fondun fəaliyyətində davamlılığı təmin etmək üçün maliyyə koordinasiyasını Rəhbərlər Şurası idarə edəcək. Şura üzvləri 4 illik müddətə uzatma və yenidən təyinetmə olmadan rotasiya əsasında təyin ediləcək. Fondun Prezidenti isə TDT-nin Dövlət Başçıları Şurası tərəfindən dörd illik müddətə uzatma və yenidən seçilmə olmadan təyin edilir. Fondun Baş Qərargahı İstanbul şəhərində yerləşir.
Türk İnvestisiya Fondunun maliyyələşdirmə strukturunun formalaşmasında üzv dövlətlərin birbaşa kapital resursları ilə yanaşı, fiziki və ya hüquqi şəxslərin də maliyyəsinin cəlb edilməsi nəzərdə tutulub ki, bu da türk dövlətlərinin iri şirkətlərinin, sahibkarlar icmasının bu prosesdə fəal rol olması deməkdir. Digər dövlətlər TDT-nin nizamnaməsinə uyğun olaraq Rəhbərlər Şurası tərəfindən müəyyən olunan şərtlər və qaydalara əməl etməklə Fondun üzvü ola bilər ki, bu da Fondun potensial maliyyə portfelinin böyüməsi üçün əlverişli fürsətdir.
TİF hansı sahələrə maliyyə dəstəyi göstərəcək?
Starteji plana əsasən, Türk İnvestisiya Fondu üzv ölkələrin birgə ortaq strateji layihələrinin icrasında donorluq edəcək. Bura enerji, nəqliyyat, logistika, müasir tranzit qovşaqlarının yaradılması, infrastrukur, “yaşıl enerji” və digər regional layihələrin maıliyyələşdirilməsi daxildir.
Bu baxımdan Fondun investisiya fəaliyyətini aşağıdakı kimi təsnifləşdirmək olar:
* Regiondaxili ticarətin təşviqində yardım etmək;
* Beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək;
* Nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək;
* Dövlət - özəl tərəfdaşlığı daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləmək;
* Sənaye istehsalı, infrasturtur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək;
* Enerji səmərələliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək;
* Mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək;
* Digər zəruri hesab edilən investisiya layihələrinə dəstək vermək, öz maliyyə imkanlarından səmərəli istifadə etmək.
Türk İnvestisiya Fondu bundan başqa, üzv ölkələrin qarşılıqlı investisiya proqramları çərçivəsində Fondun maliyyə potensialından istifadə edilməsi istisna deyil. Yeri gəlmişkən, cari il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsinin əsas prinsiplərindən biri TDT-nin kollektiv iqtisadi-maliyyə strategiyasının formalaşdırılması üçün iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadənin gücləndirilməsidir ki, bu da TİF-?? maliyyə prioritetləri ilə üst-üstə düşür. Fond Bəyannamədən irəli gələn türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolunun artırılması, nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması və iqtisadi bağlılığın daha da inkişaf etdirilməsi üçün ana hədəflərin icrasında başlıca maliyyə institutu rolunu oynayacaq. Həmçinin, ticarət həcmlərini artırmaq, limanlara, dəmir yollarına, avtomobil yollarına və logistika qovşaqlarına infrastrukturlara investisiyaları cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah və beynəlxalq ticarət üçün təməl daşı kimi Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi iqtisadi landşaftının möhkəmlənməsinə töhfə verəcək.
TİF qlobal və regional layihələrin maliyyələşdirilməsində mərkəzi institut olmaqla yanaşı, türk dövlətlərinin biznes icmasına da açıq olacaq. Belə ki, mikro, kiçik və orta müəssisələrin müvafiq layihələrinin həyata keçirilməsində əlaqələndirici finksiyanı daşıyacaq. Fond kiçik ailə bizneslərinə də təşviqedici fəaliyyət çərçivəsində dəstək verməklə üzv ölkələrin iqtisadi və sosial inkişafına, dayanıqlı məşğulluq imkanlarının genişləndirilməsinə də töhfə vermək niyyətindədir.
Bundan başqa, strateji yol xəritəsinə əsasən, TDT üzvləri ilə yanaşı, üçüncü dövlətlərin də TİF-?n layihələrində iştirakı nəzərdə tutulur ki, burada türk dövlətləri ailəsinin strateji proqramlarında yer alan ölkələrin, o cümlədən Macarıstan, Rumıniya, Gürcüstanın bu maliyyə zəncirinə qoşulması deməkdir.
Gələcəkdə TİF-in nəhəng bir maliyyə institutu kimi türk dövlətlərinin Mərkəzi Banklarının aktiv maliyyələşməyə cəlb edilməsi, müxtəlif layihələrdə donorluq etməsi, ələlxüsus da səhm və müxtəlif investisiya alətlərinin emissiyasında rol almasında da rolunun artacağı istisna deyil. Eyni zamanda, investisiya fondlarının da bu prosesə qoşulması mümkündür.
Türk İnvestisiya Fondu türk dövlətləri arasında iqtisadi inteqrasiyanın dərinləşməsi, ticari dövriyyələrin artırılması üçün güzəştli ticarət rejiminin yaradılması, prefersial sazişlərin hazırlanması və qüvvəyə minməsi, mal və nəqliyyat vasitələri də daşınmalarda sərfəli rüsumların tətbiqi, bir sıra rüsumların aradan qaldırılması təşəbbüsləri ilə də çıxış edəcək. Nəticədə bu səmərəverici təklif və təşəbbüslər türkdilli ölkələr arasında mövcud bazar və investisiya imkanlarının səfərbər olunması, xarici ticarət və mal mübadiləsinin həcmlərinin artmasına səbəb olacaq. Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu baxımdan TİF-in türk ailəsinin iqtisadi gücünü, maliyyə qüdrətini birləşdirən və nümayiş etdirən struktur kimi vahid iqtisadi mərkəz olacağı şübhə doğurmur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

