“KOB gömrük anbarı”
10.08.2024 [10:54]
“Yaşıl dəhliz” kiçik və orta biznes üçün asan keçidi təmin etməkdədir
İdxal fəaliyyəti ilə məşğul olan Kiçik və orta biznes (KOB) subyektlərinin işini daha da asanlaşdırmaq məqsədilə “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” yaradılıb. Dövlət Gömrük Komitəsi (DGK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə yaradılan anbar” KOB-ların xaricdən ölkəyə gətirdiyi malların operativ şəkildə rəsmiləşdirilməsi, gömrük prosedurlarının asanlaşdırılması və idxal proseslərinin sürətləndirilməsini təmin edəcək. KOB-lar üçün hüquqi-institisional dəstək ünvanına çevriləcək “Gömrük anbarı” KOB-larla gömrük orqanı arasında məmnuniyyətin və gömrük xidmətlərinə əlçatanlığın təmin edilməsi, şəffaflıq və aşkarlığın artırılması istiqamətində körpü rolunu oynayacaq. Yeni xidmət strukturundan logistika şirkətləri, idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarların hamısı faydalanacaq. Belə ki, Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanları operativ şəkildə təmin olunacaq. 1350 kvadratmetr ərazini əhatə edən anbarda KOB subyektlərinin kiçik həcmli malları saxlanılacaq, burada fəaliyyət göstərən xidmət personalı və elektron gömrük infrastrukturları gömrük rəsmiləşdirilməsinin rahat və asan şəkildə həyata keçirilməklə bütün məlumatları “Bakı KOB evi”nə ötürəcək. Bununla da idxalçı KOB üzvlərinin idxal sənədləşdirməsi ilə bağlı çətinlikləri avtomatik olaraq öz həllini tapacaq.
KOB subyektləri ilə gömrük orqanı arasında müasir iqtisadiyyat qurucluğu və azad biznesin inkişafından irəli gələn prinsiplərə əsaslanan əməkdaşlıq təşəbbüsləri bir neçə ildir ki, davam etdirilməkdədir. 4 il əvvəl Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, sahibkarlığın inkişafına dəstək, idxal-ixrac əməliyyatlarında təcrübənin bölüşməsi, fəaliyyətin asanlaşdırılması istiqamətində davamlı addımlar atılıb. Memorandumdan irəli gələn təşəbbüslər çərçivəsində gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə kömək göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi və digər birgə tədbirlərin həyata keçirilməsi təmin olunub. Bu etimadın nümunəsi olaraq “KOB Evi - Gömrük və Logistika adaları” təsis olunub. “Bakı KOB evi”nə məxus Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasının işi də “Gömrük anbarı” ilə əlaqələndiriləcək. Bu isə idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verəcək.
Gömrük orqanı ilə kiçik biznesin qarşılıqlı etimada əsaslanan əməkdaşlığının digər bir nümunəsi “Yaşıl gömrük dəhlizi”nin (“Yaşıl dəhliz”) qurulmasıdır. Bu çərçivəyə əsaslanaraq KOB-ların “Yaşıl dəhliz” buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi və sahibkarlara məxsus malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün bu dəhlizin imkanlarının təmin edilməsi ilə bağlı bir sıra addımlar atılıb. Artıq xeyli müddətdir ki, “Yaşıl dəhliz” sistemi beynəlxalq təcrübədə mövcud olan digər buraxılış mexanizmlərinin Azərbaycanda da tətbiqinə imkan verib və hazırda “Yaşıl dəhliz” xidmətləri bütün KOB-lar üçün fasiləsiz asan rejimdə açıqdır.
Bu səmərəli əməkdaşlığın digər bir nümunəsi isə sərhəd-keçid məntəqələrində KOB-gömrük dostluğu infrastrukturunun qurulmasıdır. Bu modelin mühüm bir seqmenti kimi Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” dövlət sərhədindəki gömrük-buraxılış məntəqəsində KOB dostunun xidmət pəncərəsinin fəaliyyətə başlamasını qeyd etmək olar. Yeni xidmət məntəqəsi sahibkarlara idxal-ixrac əməliyyatları və gömrük prosedurları ilə bağlı informasiya, məsləhət və hüquqi yardım xidmətləri göstərir. Eyni zamanda sahibkarların müraciətlərinin KOBİA və Dövlət Gömrük Komitəsinin iştirakı ilə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində operativ şəkildə həll olunmasına şərait yaratmaqdadır.
Gələcək fəaliyyət hədəfləri çərçivəsində gömrük xidmətlərinin bütün biznes icması üçün daha əlçatan və əlverişli səviyyəyə yüksəltmək, risklərin tamamilə minimallaşdırmaq, gömrük inzibatçılığını çevik və optimal vəziyyətə gətirməkdir. Eyni zamada, gömrük anbarının fəaliyyəti sayəsində KOB-lar üçün gömrük prosedurlarının rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

