Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı
07.09.2024 [09:45]
İtaliya ilə əməkdaşlığın gündəliyi strateji hədəfləri nəzərdə tutur
Azərbaycanın yaxın dostu və siyasi-iqtisadi münasibətlərdə etibarlı tərəfdaşı olan İtaliya ilə əlaqələr son illərdə ən yüksək mərhələyə çatmaqla Avropa regionu ölkələri üçün mükəmməl nümunəyə çevrilib. Rəsmi Roma sadiq və prinsipial dövlət kimi Azərbaycanın haqlı mövqeyini, yürütdüyü qətiyyətli siyasəti daim dəstəkləyərək öz strateji baxışılarını açıq və konkret olaraq ifadə edib. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarda Azərbaycanla sıx əlaqələri dərinləşdirən İtaliya ölkəmizin Avropaya inteqrasiyasında da səmimi və dürüst siyasi mövqeyini sərgiləyib. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının ən yaxın strateji tərəfdaşına çevrilib.
15,7 milyard dollar həcmində ticarət dövriyyəsi...
Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası da dayanmadan hər il yüksəlib və iqtisadi münasibətlərin keyfiyyəti ilbəil zənginləşib. İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri üzrə ümumi ticarət dövriyyəsinin 90 faizdən çoxu Azərbaycanın payına düşür. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 15,7 milyard dollar təşkil edib. Eyni zamanda, İtaliya Azərbaycanın enerji ixracında ən böyük partnyorudur. Son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi təmasların müasir vizyonunu əks etdirməklə qarşıdakı dövr üçün yeni yol xəritəsinin konturlarını müəyyən edir.
İki ölkə arasında əlaqələr durmadan artır, sərmayə qoyuluşları təşviq edilir. Ötən il “Ansaldo Energia” ilə “AzərEnerji” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcəyinə dair razılıq əldə olunub ki, bu da italyan şirkətlərinin Azərbaycanın energetika sektorunda payını artırması deməkdir.
Həmçinin, müdafiə sənayesi sahəsində sıx əlaqalər yeni keyfiyyət məzmunu almaqdadır, Azərbaycanın güclü və rəqabətyönümlü müdafiə sənayesi sektorunun formalaşdırılması qarşı tərəfin marağını artırmaqla müasir hərbi-sənaye platformasının qurulmasını labüdləşdirib. Bu çərçivəyə əsasən, birgə müdafiə texnologiyalarının mübadiləsi və inkişaf etdirilməsi nəzərdə tutulur. İtaliyanın “Leonardo” şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycana “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi tədarük etməsi də həmin strateji proqramların tərkib hissəsidir.
Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Azərbaycanın təbii qazı Trans-Adriatik Boru kəməri vasitəsilə Balkan regionundan Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya regionu sahillərinə çatır. Bu isə İtaliyanın da faktiki olaraq qaz təchizatı şəbəkəsinə qoşulması deməkdir.
Qaz və “yaşıl enerji” nəqlində yeni hədəflər...
Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələrin dərinləşməsində sözsüz ki, dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Azərbaycanın dövlət başçısının ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci il avqustun 31-də İtaliyaya işgüzar səfəri çərçivəsində imzalanan sənədlər münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 5-də Romaya səfəri və imzalana sənədlər iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişafında yeni hədəfləri müəyyən etməklə çoxtərəfli münasibətlərdə yeni səhifə açır. Səfər enerji sahəsində əməkdaşlığın məzmun və gündəliyininin də yenidən müəyyənləşməsinə səbəb oldu. Belə ki, Prezident İlham Əliyevin Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşündə də enerji sahəsində yeni imkanlara nəzərə salınıb, SOCAR və “Eni” şirkəti arasında müasir enerji formatının əhəmiyyətinə toxunulub. Yeri gəlmişkən, Azərbaycandan “Xəzər-Qara dəniz-Avropa Dəhlizi” ilə Avropaya ixrac olunacaq “yaşıl enerji”nin də əsas təyinat nöqtələrindən biri İtaliyadır. Ona görə də, yeni enerji gündəliyində Romanın strateji yeri yenə də öz möhkəm statusunu saxlayacaq.
İtaliyanın Azərbaycanla əməkdaşlığının yeni gündəliyində bərpa olunan enerjinin istehsalı və nəqli, bu sahəyə yeni texnologiyaların gətirilməsi və digər yaşıl hədəflər daxildir. Bu prioritetlərə uyğun olaraq Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”u imzalanıb ki, sənəd Avropaya qaz nəqlində yeni imkanların səfərbər olunmasını nəzərdə tutur. Belə ki, SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC qaz ixrac boru kəmərlərində və obyektlərində SOCAR-ın strateji səhmdar hüququnu və maraqlarını təmsil etməklə Cənubi Qafqaz Boru Kəmərinin kommersiya və texniki operatoru imkanlarını da koordinasiya edir. Hazırda Cənubi Qafqaz Boru Kəmərinin əsas arteriyası olan TAP-ın genişləndirilməsi Avropa üçün strateji əhəmiyyət daşıyır və yeni anlaşma sənədi bu baxımdan Avropa İttifaqı regionuna gələcəkdə qazın həcmlərinin artırılmasında zəminverici rol oyanayacaq.
“Eni” və SOCAR-ın təmiz enerji planları...
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu” isə təmiz enerjiyə keçid və ekoloji səmərəliliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İtaliya Avropada təmin enerjiyə keçid üzrə ən iddialı ölkələrdən biri kimi qətiyyətli layihələr icra edir və öz təcrübəsini yaxın tərəfdaşları ilə bölüşür. Bu çərçivəyə əsasən, Azərbaycanda ənənəvi enerjidən günəş və külək, su elektrik stansiyalarının istifadəyə verilməsində və qazla işləyən stansiyaların yeni enerjiyə keçidində yeni modullar tətbiq ediləcək. Nəticədə “Eni” şirkətinin SOCAR-la bu istiqamətdə əməkdaşlığı isə ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılması öhdəliyinin icrasında mühüm bir vasitə rolunu oynayacaq.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu”u da bərpa olunan enerji strategiyasının bir hissəsi kimi nəzərdə tutulur. Bioloji məhsullardan, əsasən bioloji tullantıların emalından alınan bioyanacaq istehsalına başlanması isə Azərbaycanda kənd təsərrüfatı tullantılarınım emalı zəncirinin qurulması və regionda müştərək iri müəssisəsinin yaradılması ilə nəticələnəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

