BP və SOCAR Xəzər dənizində iki neft yatağı üzrə anlaşma memorandumu imzalayıb
20.09.2024 [21:40]
Bu gün Bakıda BP və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu imzalanıb.
Yeniazerbaycan.com BP-nin yaydığı məlumata istinadən xəbər verir ki, birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100 faiz iştirak payına malikdir.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100 faizinə malikdir.
“Əsrin müqaviləsi”nin 30-cu ildönümündə SOCAR ilə BP arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirəcək Anlaşma Memorandumunun imzalanmasından məmnunluğumu ifadə edirəm. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə otuz il öncə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi uğurların əsasını qoydu. Biz Ulu Öndərimizin müəyyənləşdirdiyi enerji strategiyasına uyğun olaraq, Xəzər dənizində enerji sektoru üzrə tərəfdaşlığımızın genişləndirilməsinə, innovasiyaların tətbiqi ilə davamlı inkişafımızın təmin olunması istiqamətlərində fəaliyyətlərimizi davam etdiririk”, - deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğulayıb: “Qarabağ və ADUA bloklarının kəşfiyyatı və işlənməsində iştirakımızla bağlı SOCAR-la müzakirələrə başlamağa imkan verən anlaşma memorandumunu imzalamaqdan çox məmnunuq. Biz bunu SOCAR-la 30 illik uzun və çox uğurlu tərəfdaşlığımızın davamı olaraq birgə işləməyə imkan verəcək növbəti gözəl imkan kimi görürük. İnanırıq ki, bu iki blokun işlənməsi və kəşfiyyatında iştirakımız mümkün sinerjilər vasitəsilə layihələrin irəliləyişini sürətləndirə bilər. Belə ki, biz birlikdə bu blokların işlənmə variantlarını müəyyənləşdirərkən elə ssenarilər ola bilər ki, onlar bu regionda əməliyyatçısı olduğumuz dünya səviyyəli infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradar. Bu, həm də hər iki layihəyə BP-nin qlobal təcrübəsinə, texniki və kommersiya biliklərinə, qabaqcıl texnologiyalarına və maliyyə resurslarına çıxışı təmin edərdi. Bu əhəmiyyətli biznes imkanının həyata keçəcəyinə və onun reallaşmasında SOCAR-ın dəstəyinə inanırıq”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

