“Yaşıl enerji”nin sadiq tərəfdaşları
17.10.2024 [15:54]
Azərbaycan, Gürcüstan, Macarıstan və Ruminiya tərəfindən yaranan Birgə Müəssisə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması işlərini sürətləndirəcək
Məlum olduğu kimi bir müddət əvvəl Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər Komitənin iclası keçirilib. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Baş katib Mirça Abrudean, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib. Tərəflər “yaşıl enerji” dəhlizinin yaradılmasına dair texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyətini, dəhlizin fiber - optik komponentini, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarını müzakirə ediblər. 4 ölkənin birgə razılığı əsasında “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının sürətləndirilməsi məqsədilə Birgə Müəssisə yaradılıb.
Ölkəmizin 2030-cu ilədək olan transformativ inkişaf strategiyası və “yaşıl enerji”ni prioritetlərində əsas xətlərdən biri təhlükəsiz iqlimli və enerji təminatlı gələcək quruculuğudur. Bu prioritetə çatmaq üçün bərpa olunan enerjinin istehsalı və ixracı nəzərdə tutulur. Azərbaycan bu prinsiplərə söykənərək regionda bərpa olunan enerji sahəsinə investisiyaları cəlb edir, “yaşıl enerji” istehsalını artırır. Münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 QVt gücündə “yaşıl enerji” layihələri hazırda beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. Bu sahəyə 2 milyard dolları civarında investisiyanın cəlbi və dünyanın aparıcı enerji şirkətləri ilə tərəfdaşlığımızın daha da artması imkan verir ki, 2027-ci ilə bərpa olunan enerjinin payı ümumi enerji istehsalında 35 faizə çatsın.
Beləliklə, Azərbaycan özünün günəş və külək, habelə hidrogen generasiyalarını inkişaf etdirərək “yaşıl enerji dəhlizi”nə qoşulacaq. Bu baxımdan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ölkəmiz üçün yeni enerji siyasətində xüsusi yer tutur. Bu dəhliz 2040-cı ilədək elektrik enerjisinə tələbatın 50 faiz artması, hidrogen idxalı ilə bağlı planlar və enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji marağında olan layihədir. Layihə Azərbaycan üçün də müstəsna əhəmiyyət kəsb edir və ölkəmizin “ yaşıl hədəf”lərinə çatmasında yeni qlobal enerji platforması hesab edilir.
Məhz həmin strateji layihə beynəlxalq alyansı son dövrlərdə fəallığını artırıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının sürətləndirilməsi məqsədilə yaradılan Birgə Müəssisə də qlobal enerji alyansının bu istiqamətdə təşəbbüsləri artırmaq məqsədlərinə xidmət edir. Birgə Müəssisə - Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti statusuna malik olmaqla layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, icra proseslərinə nəzarət edəcək, iştirakçı ölkələr tərəfindən səlahiyyət verilmiş çərçivədə tədbirlər planını həyata keçirən qurum kimi fəaliyyət göstərəcək.
“Qara dəniz kabeli” adlanan bu layihənin tərəfdaş ölkələri Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya olsa da, əslində dəhliz üzərindən “yaşıl enerji” tədarükünə qoşulan ölkələrin sayının daha çox olması dəhlizin coğrafi hüdudlarını gələcəkdə daha da genişləndirəcək.
Birgə Müəssisə və ya Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti, həm də Rəqəmsal İpək Yolunun tərkib hissəsi kimi fiber-optik kabel infrastrukturunun yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsi istiqamətində də öz səalhiyyətləri çərçivəsində tədbirlər görəcək. Bu, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişini nəzərdə tutur. Həmin rəqəmsal yol da məhz Asiya-Xəzər-Qara dəniz coğrafiyasını əhatə edəcək. Bununla bağlı Mərkəzi Asiyanın türk dövlətləri arasında razılaşma əldə edilib, Şuşada imzalanmış Qarabağ Bəyannaməsində də bununla bağlı bənd öz əksini tapıb. Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi hesab edilən fiber-optik layihə nəhənf bir qlobal platforma kimi 10-dan çox ölkəni “Digital Hub” ətrafında sıx birləşdirəcək.
Zəhra Alaverdova,
Azərbaycan Universiteti, politologiya fakültəsi, bakalavr, 2-ci kurs tələbəsi
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

