“Yaşıl binalar”ın Yol Xəritəsi hazırlanır
30.10.2024 [09:39]
Beynəlxalq Maliyyə Korporasiyası “yaşıl tikinti”yə keçid üçün ölkəmizə kömək göstərəcək
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda “yaşıl binalar”ın inşası layihələrinə maliyyə dəstəyi göstərməyə razılıq verib. BMK-nın maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” konfransında bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Korporasiyası arasında imzalanmış anlaşma memorandumuna əsasən, Azərbaycanda “yaşıl binalar”ın inkişafına dair Yol xəritəsi hazırlanacaq. Bu istiqamətdə müəyyənləşmiş əməkdaşlıq prioritetlərinə əsasən, BMK ekoloji və təmiz tikinti sahəsində tələb olunan zəruri resurslar və icra mexanizmləri üzrə öz köməyini göstərəcək.
Dünyanın aparıcı institutlarından biri olan Beynəlxalq Maliyyə Korporasiyası son illərdə qlobal iqlim çağırışlarından irəli gələn tələblərə uyğun olaraq öz maliyyə portfelinin əhəmiyyətli hissəsini müxtəlif ölkələrdə “yaşıl inkişaf” layihələrinə yönəltməkdədir. Hazırda investisiya portfeli 43 milyard dollardan çox olan BMK həmin vəsaitlərin 14 milyard dollarını dayanıqlı və “yaşıl maliyyə” sektoruna yönəldib ki, məqsəd dünya ölkələrində aşağı karbonlu enerjiyə keçid çərçivəsində “yaşıl texnologiyalar”ın geniş tətbiqi yolu ilə sənaye layihələrinin sayını artırmaqdır. “Yaşıl bina” və ya “yaşıl tikinti” layihələri də bu strateji konsepsiyanın tərkib hissəsidir.
“Yaşıl bina”da enerji təchizatı günəş enerjisi hesabına təmin edilir
“Yaşıl bina” tikintisi, dizaynı, istismarı birbaşa ətraf mühitə mənfi təsirləri azaldan və ya aradan qaldıran texnologiyalar əsasında inşa və idarə edilən layihələrdir. Bu cür layihələrdə ətraf mühitə təsirləri minimuma endirmək üçün material seçimi, enerji istifadəsi, suya qənaət və tullantıların idarə edilməsi kimi amillər diqqətlə planlaşdırılır. Bura, həmçinin binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. “Yaşıl tikinti”nin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Eyni zamanda, bu layihələrdə mənzillərin isidilməsi və enerji təminatı “ağııllı texnologiyalara”, bərpa olunan enerji mənbələrinə əsaslanır. Binaların üzərində xüsusi günəş panelləri quraşdırılır ki, bu da enerji təchizatı günəş enerjisi hesabına təmin edilir.
Dünya ölkələrində davamlı olaraq “yaşıl tikinti” texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Mütəxəssislərin hesablamalarına görə, tikinti sektorunun ətraf mühitə təsirləri təxminən avtonəqliyyat vasitələrinin vurduğu zərərə yaxındır. İnşaat sənayesində istifadə olunan texnologiayaların böyük bir qismi ətraf mühitə yanacaq emissiyalarında rol oynayır. Binaların tikintisi zamanı bu cür zərərli emissiyaların təsiri 20 faiz, sonrakı infrastruktur, təminat və enerji təchizatı zamanı isə 40 faiz təşkil edir. Buna görə də, “yaşıl tikinti” layihələrinə keçid qlobal ekoloji alyansın müəyyən etdiyi vacib şərtlərdən biridir.
11 tikinti şirkətinin “yaşıl bəyannaməsi”..
“Yaşıl tikini”yə keçid qlobal iqlim alyansının fəal üzvlərindən biri kimi Azərbaycan üçün də gündəlikdə duran əsas məsələlərdən biridir. Ölkəmizin müasir inkişaf gündəliyində ekoloji mühitə zərərlərin azaldılması, dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi mühüm yer tutur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet istiqamət “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən olunub. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub. Həmin tədbirlərdən biri inşaat sənayesi sektorunun ətraf mühitə zərələrinin azaldılması və karbon emissiyasının azaldılmasının təşviqidir.
Bu məqsədlə tikinti şirkətləri, sənaye avadanlıqları təchizatçıları və maliyyə-bank qurumları bu istiqamətdə birgə fəaliyyət niyyətlərini bəyan edərək “yaşıl hədəf”lər naminə qarşılıqlı əməkdaşlıq sxemlərini müəyyən etməkdədir. İlk müsbət adımlardan biri kimi 2024-cü ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən 11 tikinti və COP29 Təşkilat Komitəsinin bir neçə üzvü “Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi” imzalayıb. Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyaların azaldılması məsuliyyətinə riayət edərək fəaliyyətlərini “yaşıllaşdırmasıdır”.
Asiya Bankı və Valyuta Fondundan “yaşıl dəstək”...
Tikinti sənayesində müasir ekoloji texnologiyalara əsaslanan fəaliyyət sisteminin qurulması və “ağıllı yaşıl texnologiyaların” tətbiqi böyük sərmayələr tələb edir, sənaye sektorunun yaşıllaşdırılması isə həmin şirkətlərin əksəriyyətinin öz imkanları xaricindədir. Hazırda həmin layihələrin icra olunduğu ölkələrin böyük bir qismi bu sahədə investorlarla birgə əməkdaşlıq edir. Ona görə də, “yaşıl bina” konseptinin icrasında maliyyə qurumlarının, bankların köməyinə ehtiyac var. Bu baxımdam Azərbaycanın maliyyə qurumları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı qeyd edilən hədəflərin yerinə yetirilməsində mühüm rol oynaya bilər. Yeri gəlmişkən, Asiya İnkişaf Bankı da “yaşıl sənaye” və “yaşıl tikinti” sektorlarında biznesin maliyyə ehtiyaclarını nəzərə alaraq öz donorluğunu artırmağa hazır olduğunu, iqlim dəyişikliyindən əziyyət çəkən sənaye icmasına yeni maliyyə strategiyalarının hazırlanması və həyata keçirilməsinə dəstək verəcəyini bəyan edib. Habelə Beynəlxalq Valyuta Fondu (BVF) da de-karbonizasiya siyasətinin təşviqində ölkələrə maliyyə dəstəyini göstərəcəyini vurğulayıb.
Beləliklə, Azərbaycan hökuməti qlobal çağırışları nəzərə alaraq tikinti sektorunu əhatə edən sənaye şirkətlərini karbon emissiyasından uzaqlaşdırmaq üçün müxtəlif səmərələşdirici addımlar atır, eyni zamanda, sənayenin maliyyə ehtiyaclarını nəzərə alaraq onların xarici institutlarla əməkdaşlığı artırmağa təşviq edən dəstək verir. Bu xüsusda, BMK Azərbaycanda “yaşıl tikinti” prinsiplərinin təşviqində tərəfdaş olaraq bu sahədə icra olunacaq layihələrə öz dəstəyini verəcək. Layihənin icrası sayəsində müsbət nəticələr gözlənilir. Belə ki, ehtimallara əsasən, “yaşıl bina” çərçivəsində innovativ texnologiyaların tikinti sektorunda payının artırılması ətraf mühitə mənfi təsirlərin və CO2 tullantılarının azalmasına əhəmiyyətli dərəcədə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

