Özəl pensiya fondları: yeni sosial yığım mənbəyi
17.12.2024 [08:51]
Yeni fondun yaradılması vətəndaşlara iki mənbədən pensiya kapitalı formalaşdıracaq
Məlum olduğu kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən hazırlanmış “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun layihəsi razılaşdırılması üçün aidiyəti qurumlara təqdim olunub. Hazırda müvafiq qurumlarla birlikdə müzakirə edilən qeyri-dövlət (özəl) pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması ilə bağlı məsələlər üzərində iş aparılır. Həmin qurumların yekun rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdiriləcək layihənin növbəti ildə parlamentə təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, özəl pensiya fondlarının yaradılması sığorta-pensiya sisteminin yeni inkişaf konsepsiyası ilə bağlı sənəddə nəzərdə tutulan prioritetlərdən biridir. Əsas məqsəd işləyənlərin fərdi uçot sistemi bazasının genişləndirilməsi, pensiya təyinatı zamanı sığorta hesabında toplanmış vəsaitlərin şaxələndirilməsi və digər maliyyə təyinatlı fondlarda toplanmasıdır. Bu siyasətə uyğun olaraq Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ-hüquqi sənəd hazırlanmasına qərar verilib.
Özəl pensiya fondu nədir?
Özəl pensiya fondları qeyri-dövlət pensiya fondudur və beynəlxalq təcrübədə neçə illərdir ki, geniş istifadə edilir və alternativ pensiya yığımıdır. Bu cür fondlar sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.
Özəl fondlarla dövlət fondlarının fərqi könüllülük prinsipinə söykənməsidir. Fond və vətəndaş arasında imzalanan müqavilə şərtlərinə uyğun olaraq onun hər ay maaşının və yaxud gəlirlərinin bir hissəsindən köçürdüyü pullar alternativ pensiya yığımına çevrilir. Həmin vəsaitin hansı faiz və şərtlərlə və neçə müddətə geri qaytarılması tərəflərin razılaşmasından asılıdır. Bir çox ölkələrdə bu rəqəm 12-15 il arasında müəyyənləşir. Bundan aşağı olan müddət çərçivəsi də var.
Özəl pensiya fondlarına toplanan vəsaitlər təyinatına görə, bəzi hallarda bank depozitlərinə bənzəyir. Çünki banklara da vətəndaş pul qoyur və divident əldə edir. Ancaq fondun təminatlı vəsaitləri ilə bank dividentləri arasındakı onun birbaşa sosial məzmunlu olmasıdır. Belə ki, fonda toplalan pullar aylıq və ya illik geri qaytarılmır, ödənilən vəsaitin məbləğinə görə, hər il artaraq kapital yığımına çevrilir, bu vəsaitlər inflyasiya və s. amillərə görə, sığortalanır. Eləcə də özəl fondlarda kapitalın qorunması riskləri idarə olunur, vətəndaşın pensiyasının gəlir artımı baxımından yaxşılaşmasını təşviq edir.
Dünyada 300-dən çox özəl pensiya fondu fəaliyyət göstərir
Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl təqaüd fondları fəaliyyət göstərir. Amerika və Asiyada da fərdi pensiya fondlarının fərqli modelləri mövcuddur. Ümumilikdə, dünyada 300-dən çox özəl pensiya fondu mövcuddur ki, onların toplam idarə olunan aktivləri təxminən 24 trilyon ABŞ dolları təşkil edir. Dünya ölkələrində tətbiq edilən fərdi pensiya modelləri ümumi olaraq bir mexanizmə əsaslanır, bu da vətəndaşların aylıq gəlirlərinin bir hissəsinin divident xarakterli yığımlara yönəldilməsidir. Belə ki, vətəndaşlar hər ay maaşlarından ödədiyi sosial sığorta haqqından əlavə, təxminən 1-2 faiz intervalında pullarını həmin fonda köçürürlər. Özəl fondlar həmin vəsaitləri investisiya məqsədilə yığır və müxtəlif iqtisadi sahələrə sərmayə, maliyyə investisiyası kimi yönəldir, dividentlər əldə edir. Həmin dividentlər illər üzrə yığılır və bankdakı əmanət hesabı kimi formalaşaraq təqaüdçülərə pensiya yaşında geri ödənilir. Müqavilə şərtlərinə uyğun, fonda pul qoyan şəxs pensiya yaşına çatmasa , həmin kapital dərhal onun varislərinə ötürülür. Varis o pulu birdəfəlik və ya hissə-hissə götürə bilir.
Dövlətin sosial vergisindən qaçmaq olmaz
Ölkəmizdə özəl pensiya fondunun yaradılması vətəndaşların iki mənbədən - həm dövlət, həm də özəl fondlar vasitəsilə kapital yığımı təmin etməklə daha etibarlı və böyük pensiya vəsaiti almasına imkan yaradacaq. Eyni zamanda, qeyri-dövlət pensiya fondlarının yaranması pensiya sığorta sistemində rəqabəti formalaşdırmaqla yanaşı, DSMF-nin dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.
Özəl pensiya institutu kommersiya strukturudur və ona görə də bu fondun fəaliyyətə başlaması o demək deyil ki, vətəndaşlar icbari sosial sığorta haqqından azad olunacaqlar, yəni Dövlət Sosial Müdafiə Fonduna aylıq 3 faiz həcmində vəsaiti ödəməyəcəklər. Çünki Dövlət Fondu fərdi uçot sisteminə uyğun olaraq hər bir vətəndaşın gələcək pensiya təminatı üçün öhdəliklərin məcburi ödəniş mənbəyidir. Ona görə də məcburi sosial sığorta haqqından heç kim imtina edə bilməz. Qeyri-dövlət pensiya fondlarının yığımları, yəni sosial sığorta haqları isə məcburi qaydada deyil.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

