Yeni dövlət rüsumları...
20.12.2024 [09:47]
Rüsumlar biznes və bir sıra təsərrüfat sahələrində səmərəliliyin artırılması məqsədi daşıyır
“Dövlət rüsumu” haqqında qanuna növbəti dəyişikliklərin edilməsi nəzərdə tutulur. Milli Məclisin iclasının gündəliyinə daxil edilmiş dəyişikliklər layihəsinə əsasən, yeni dövlət rüsumları müəyyənləşir. Onlardan biri rüsumsuz ticarət mağazasının (RTM) yaradılmasına icazənin verilməsinə görə, 100 manat cərimənin tətbiqi ilə bağlıdır. Qeyd edək ki, rüsumsuz ticarət mağazası (Duty Free Shop) mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycanın gömrük ərazisində (beynəlxalq hava və dəniz limanları və digər yerlər) gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimidir. Bu rejim altında yerləşdirilən mallar bilavasitə RTM-lərdə satılır. RTM-lər gömrük rejimi altında yerləşdirilmiş malların yalnız Azərbaycan ərazisindən kənara çıxan fiziki şəxslər üçün pərakəndə satışını həyata keçirir.
“Duty Free Shop”lar icazə üçün 100 manat ödəyəcək
Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Nazirlər Kabinetinin müvafiq qərarı və Gömrük Məcəlləsi ilə tənzimlənir. Bu cür mağazalar idxal gömrük rüsumları və vergilər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi istifadə üçün nəzərdə tutulan malların satış obyektidir. Mağazanın ərazisi (ticarət zalları, köməkçi otaqlar və anbarlar) gömrük nəzarəti zonası hesab edilir və həmin ərazidə yerləşdirilən mallar gömrük nəzarəti altında olur. Mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçirilir. Mağazanın yaradılmasına icazə Dövlət Gömrük Komitəsi tərəfindən verilir. Həmin şəxslərin VÖEN-i, xüsusi bank hesabı, mağazanın yerləşdiyi yer barədə reyestr məlumatları olmalıdır. Mağazanın yaradılmasına icazənin verilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemində əks etdirilməsi vacibdir. Son illərdə uçot və vergi nəzarəti tədbirlərinə uyğun olaraq, rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində gömrük orqanları ilə bərabər, vergi orqanlarının iştirakı da təmin edilib. Bu sahədə indiyədək rüsumların tətbiqinin olmaması uçotla bağlı bir sıra problemlər yaradırdı. Ona görə də, yeni rüsum bu sahədə fəaliyyəti tənzimləyəcək və əlavə yığımlara səbəb olacaq.
Normadan artıq elektrik enerjisi istehsalına görə...
“Dövlət rüsumu” haqqında qanuna təklif edilən digər dəyişiklik su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən stansiyalarda verilən icazələrə görə rüsumlarla bağlıdır. Bu dəyişikliklər isə “Elektroenergetika haqqında” qanundan irəli gələn müvafiq tələblərə əsaslanır. Həmin qanunda müxtəlif fiziki və hüquqi şəxslər üçün elektrik enerjisi istehsalı fəaliyyətinə icazələrin hədləri müəyyən olunub. Ancaq həmin icazəyə görə, indiyədək heç bir ödəniş və rüsum olmayıb. Yeni dəyişikliklə bu sahələr də rüsumlaşdırılır. Belə ki, elektrik stansiyalarında 500 kilovatdan, digər stansiyalarda 150 kilovatdan çox elektrik enerjisi istehsalına görə icazənin verilməsi üçün 150 manat rüsum tələb olunacaq.
Sənaye parkı, məhəlləsi və aqroparkın rezidentləri üçün...
2025-ci il yanvarın 1-dən tətbiq ediləcək başqa bir rüsum sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə, 70 manatın ödənilməsi ilə bağlıdır. Sənaye parkı və məhəllələrinin, aqroparkların rezidentləri qeydiyyatdan keçmək üçün təqdim etdiyi ərizəyə və ona əlavə edilən sənədlərə uyğun olaraq qeydiyyat şəhadətnaməsi əldə edirlər. Bu, sahibkarlıq və biznes fəaliyyətinin növü kimi təsnifatlaşdırılıb. Həmin şəhadətnamə Dövlət Xidmətləri Portalında qeydiyyatdan keçməklə əldə edilir, yeni ildən bu xidmətdən qeydiyyat üçün 70 manat ödənilməlidir. Eləcə də, texnologiyalar parkının və biznes inkubatorunun üzvləri də qeydiyyat şəhadətnaməsinin verilməsinə görə, 70 manat ödəyəcəklər. “İxrac nəzarəti haqqında” qanuna əsasən, ixrac nəzarətinə düşən malların və xidmətlərin ixracı, idxalı və tranziti üçün icazələrə görə isə 100 manat rüsum müəyyənləşib. Yaxud da, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi üçün 100 manat rüsum ödəniləcək.
“Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişikliklərə əsasən, həmçinin qazın istehsalına və emalına icazə üçün 200 manat, qazın nəqlinə görə, 150 manat, qazın paylanmasına icazənin verilməsi üçün 50 manat, sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üçün 100 manat, neft və qaz yataqlarının kəşfiyyatına, işlənməsinə və hasilatına icazənin verilməsi üçün 150 manat rüsum müəyyən edilib.
Ümumilikdə, bütün rüsumlar qeyd edilən biznes və fəaliyyət, təsərrüfat sahələrinin inkişafına yönəldilməklə, bu strukturlarda səmərəliliyin artırılması məqsədi daşıyır.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

