Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

“Azərpoçt” yeni “Mobil POS” xidmətini istifadəyə verib

22.01.2025 [23:12]

“Azərpoçt” MMC kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətini istifadəyə verib.

AZƏRTAC “Azərpoçt”un yaydığı məlumata istinadən xəbər verir ki, təqdim olunan “Mobil POS” xidməti POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsini təmin edir və bu kimi digər üstünlükləri ilə sahibkarların işini asanlaşdırır.

Belə ki, “Mobil POS” xidmətinə qoşulmanın ödənişsiz olması, depozit tələbinin olmaması, tətbiqin təhlükəsizliyi və eləcə də gündəlik qəbul edilən ödənişlərin gün sonunda sahibkarın cari hesabına və ya biznes kartına köçürülməsi kimi imkanlar xidmətin rahatlığından xəbər verir. Ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verən tətbiq istənilən təmassız ödənişləri (“Apple Pay”, “Google Pay”, “VISA” və “MasterCard” kartları) dəstəkləyir. Xidmətdən istifadə etmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar “Play Market”dən “AzMPos” tətbiqini yükləyə bilərlər.

Qeyd edək ki, hesabın açılması ödənişsizdir. Eyni zamanda sahibkarlara əlavə olaraq bank kartı da hədiyyə edilir.

Paylaş:
Baxılıb: 521 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31