İcbari tibbi sığortanın yeni büdcəsi
12.02.2025 [10:14]
Xərclərin artırılması xidmət çeşidinin də genişlənməsinə səbəb olacaq
Məlum olduğu kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiq edilib. Fondun büdcə gəlirləri və xərcləri 2 milyard 941 milyon 690 min manat müəyyənləşib. Belə ki, büdcə xərclərinin maliyyələşməsini təmin etmək üçün İcbari tibbi sığorta fondunun cari il üzrə proqnozlaşdırılan 2 milyard 571 milyon 690 manat həcmində gəlir mənbələri nəzərdə tutulub. Yerdə qalan 370 milyon manat gəlirlər hissəsi isə əvvəlki illərdə istifadə olunmamış vəsaitlər hesabına (qalıqdan) formalaşacaq. Beləliklə, 2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 faiz artırılmış olacaq.
İşəgötürən və işçilərin ödədiyi sığorta haqları 9,8 faiz artacaq
İcbari tibbi sığorta fondunun 2025-ci il üzrə gəlirlərinin tərkibində dövlət büdcəsindən ayırmaların həcmi 1 milyard 416 milyon 405 min manat təşkil edir ki, bu da ötən ilə nisbətən 3,5 faiz çoxdur. İşəgötürən və işçilər tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarının məbləği 909 milyon 60 min manat proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 9,8 faiz çoxdur. Gəlirlərin tərkibində fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmaların həcmi 17 milyon manat (13,3 faiz çox), avtomobil benzininin, dizel yanacağının, maye qazın ölkə ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmaların 140 milyon 625 min manat (14,6 faiz çox), digər daxilolmalar isə 88 milyon 600 min manat (33 faiz çox) təşkil edəcək.
Fondun xərclərinin strukturunda əsas yeri maliyyə təminatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatının (filial, idarə) saxlanılması xərcləri tutur. Həmin xərclərin həcmi 33 milyon 500 min manata bərabərdir. Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərcləri isə 84 milyon 692 min manatdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) saxlanılma xərcləri 47 milyon 300 min manat, icbari tibbi sığorta ödənişləri və dotasiyanın məbləği 2 milyard 655 milyon 722 min manat təşkil edir. Xərclərin tərkibində sair xərclərin həcmi 20 milyon manat, sığorta ehtiyatlarının yaradılmasına ayırmaların həcmi 96 milyon 877 min manat, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 3 milyon 500 min manat, bank xərcləri 100 min manat nəzərdə tutulur.
Ötən il 5,2 milyondan çox şəxs tibb müəssisələrinə müraciət edib
Göründüyü kimi, 2025-ci ildə icbari tibbi sığorta xərclərinin həcmi ötən illə nisbətdə təxminən 5 faiz artmaqla, tibbi sığorta xidmətləri zərfinin və xidmət keyfiyyətinin artmasında mühüm rol oynaycaq. Proqnozlara görə, cari ildə bu xidmətdən istifadə edənlərin sayında da artımlar olacaq. Qeyd edək ki, 2024-cü ildə icbari tibbi sığorta çərçivəsində 5,2 milyondan çox şəxs tibb müəssisələrinə 24,1 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 54 faizi icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 84,4 milyon olub. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib. Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyinə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələri, Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası daxildir.
İcbari tibbi sığorta üzrə müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sümük-əzələ sisteminin xəstəlikləri gəlir.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara 331 984 göndəriş verilib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 188 min 195 əməliyyat və prosedurdan yararlanıb. Bu xidmətlərdən 3055-i uşaqlara, 185 min 140-ı isə böyüklərə göstərilib.
Xidmətlər Zərfi yenilənir
2025-ci ildə həm ximdət çeşidlərinin əhatəsinin genişləndirilməsi, həm də bir sıra xəstəliklərin müalicəsinin də tibbi sığortaya cəlb edilməsi nəzərdə tutulur. Belə ki, Xidmətlər Zərfinin yenilənməsi məqsədilə tibbi xidmətlərin çeşidinin artırılması və tənzimlənməsi qərara alınıb, ilk növbədə, ürək-damar xəstəlikləri paketə daxil edilib. Dəyişikliklərə əsasən, ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı Xidmətlər Zərfində mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması da nəzərdə tutulur. Bura beyin və boyun anevrizmalarının endovaskulyar embolizasiyası, qan damarının sintetik qreftlə bərpası, ürək damarlarında aparılan digər əməliyyatlar, intraabdominal venoz şuntlama, hemodializ üçün arteriovenoz şuntlamanın reviziyası və başqa xidmətlər aiddir. Bundan başqa, yeni Xidmətlər Zərfində tibbi xidmətlərin adı daha izahlı və ətraflı yazılıb. Məsələn, ürək cihazlarının implantasiyası ilə bağlı xidmətlərdə elektrokardiostimulyatorun növləri, əməliyyata daxil olan prosedurların təfərrüatlı ifadəsi, trombolizis terapiyası zamanı istifadə olunan fibrinolitik maddələr də xidmətlərə daxil edilib. Bundan başqa. travmatologiya sahəsində bir sıra tibbi xidmətin sığorta hesabına qarşılanması təklif olunur. Xüsusilə, bud-çanaq və diz oynaqlarının revizion protezləri, vətər və əzələ prosedurlarının Xidmətlər Zərfinə əlavə olunması nəzərdə tutulan əsas tibbi xidmətlərdir. Bundan əlavə, bəzi travmatoloji tibbi xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın yenilənən Xidmətlər Zərfində nizamlanacağı nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

