“Kimberli Sxemi”nə qoşulma nə vəd edir?
01.03.2025 [11:28]
Emal edilməmiş almazın idxal, ixracı, dövriyyəsi və saxlanılmasında yeni nəzarət sxemi tətbiq olunacaq
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması üçün təkliflər hazırlanacaq. Verilmiş tapşırığa əsasən, emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.
Dünyada hər il müxtəlif gizli sxemlər üzrə brilyant, almaz və digər qiymətli metalların ticarətinə rast gəlinir ki, bu da qlobal emal-sənaye təchizatının zəncirinə ciddi zərərlər vurur. Bu məsələ qlobal icmanı, o cümlədən BMT-ni də dərindən narahat etdiyindən almazın qanunsuz ticarətinin qarşısını almaq üçün idxal-ixrac-istehsal-emal proseslərinin müxtəlif sxemlərini hazırlayaraq tətbiq edib. Problemin qarşısının alınması üçün beynəlxalq səviyyədə yeni mexanizmlərdən biri olaraq Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi (KPCS) daha effektiv strategiya kimi qəbul edilib. Bu təsisat Cənubi Afrikanın almaz paytaxtı sayılan Kimberlinin şərəfinə adlandırılıb.
90-a yaxın ölkə KPCS-yə qoşulub
BMT 2003-cü ildə Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemini təsdiqlənmiş qlobal proqram kimi dünya ölkələrinə tövsiyə edib. Sxem səmərəli nəzarət alətlərindən biri kimi diqqəti cəlb etdiyindən bir çox ölkələr KPCS-i dəstəkləyib. Hazırda 90-a yaxın ölkə bu prosesə qoşulub. Həmin ölkələr öhdəlik götürərək almazın ticari əməliyat proseslərini bütünlüklə şəffaflıq mühitində təmin edilməsini həyata keçirir. Almaz xammalının, yəni emal edilməmiş məhsulun idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsinin vahid mühafizə sistemi təşkil olunur.
Azərbaycan “Kimberley Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tətbiqi sahəsində ötən illərdə beynəlxalq təcrübəni öyrənmək və mübadilə məqsədilə bu prosesdə uğur əldə etmiş müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirib, məsləhətləşmələr aparıb. Rusiya Maliyyə Nazirliyi, bu ölkənin almaz yataqlarının işlənilməsi, almazların emalı və ixracı sahəsində ixtisaslaşan “Alrosa” SC-nin nümayəndələri və digər tərəflərlə Azərbaycanın İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, “Azərgold” QSC ilə görüşlərdə “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin həyata keçirilməsi haqqında ətraflı məsləhətləşmələr aparılıb. Bu çərçivədə emal edilməmiş təbii almazların dövriyyəsinin dövlət tənzimlənməsi və nəzarəti, istifadə edilən rəqəmsal həllər, o cümlədən elektron idarəetmə və nəzarət sistemləri sahəsində ikitərəfli fikir mübadiləsi aparılaraq perspektiv tətbiq imkanları nəzərdən keçirilib.
Azərbaycan digər dövlətlərin də bu sahədə gördüyü işləri, təcrübəni mənimsəmək üçün işləri davam etdirib və KPCS-ə qoşulmağa qərar verib.
Gemoloji laboratoriyalar və milli sertifikatlaşdırma sistemi yaradılacaq
Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaqla bu beynəlxalq öhdəlikdən irəli gələn tələblər üzrə müvafiq məsuliyyət tədbirlərini üzərinə götürür. BMT-nin KPCS tövsiyələrində beynəlxalq sertifikatlaşdırma sxemindən irəli gələrək hər bir ölkənin öz milli sertifikatlaşdırma sistemlərinin yaratması əks olunub. Bu baxımdan Azərbaycan bu prosesdə yer almaq iradəsini ifadə etdiyindən sertifikatlaşdırma və rəqəmsallaşdırma məsələlərini də həll etməlidir. Tələblərə əsasən, ilk növbədə, emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsi bu prosesinin meyar və qaydalarına uyğunlaşdırılacaq. Dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə xammalın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyalar yaradılacaq. Xammalın əldə edilməsi prosesi xüsusi razılıq sənədləri əsasında tənzimlənəcək ki, bu da müasir sertifikatlaşdırmaya əsaslanır. Müvafiq dövlət qurumu məhsulun istifadəyə təyinatı üçün forma və sertifikat verəcək. Eyni zamanda, həmin sahədə fəaliyyətin təşkili üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən zəruri nəzarət tədbirləri görüləcək.
Kimberli Sxeminin ən mühüm tələblərindən biri də qeyd olunan fəaliyyət sahəsinin rəqəmsallaşdırılmasıdır. Bu istiqamətdə də beynəlxalq təcrübəyə istinad edilməklə, müasir rəqəmsal izləmə və nəzarət platforması qurulacaq.
Beləliklə, Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması qlobal miqyasda qiymətli metalların, o cümlədən almazın idxalı, ixracı və satışı proseslərinə nəzarəti təmin edən, şəffaflıq meyarlarına xüsusi diqqət yetirən ölkə kimi KPCS ailəsində yer almasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22

