Somalinin neft və mineral ehtiyatlar naziri Səngəçal terminalında olub
01.03.2025 [13:45]
Azərbaycanda səfərdə olan Somali Federativ Respublikasının neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamedin başçılıq etdiyi nümayəndə heyəti fevralın 28-də Səngəçal terminalında olub. Qonaqları terminala səfərdə Azərbaycan Respublikasi Energetika Nazirliyinin rəsmiləri müşayiət edib.
AZƏRTAC xəbər verir ki, Səngəçal terminalı ilə tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başladı.
BP şirkətinin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli Azərbaycanın neft sənayesinin xronologiyası barədə somalili qonaqlara ətraflı məlumat verdi. Bildirildi ki, mərkəzin açılışı 2005-ci il may ayının 25-də Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması və terminalda yerləşən BTC əsas nasos stansiyası ərazisində keçirilən təntənəli mərasim vaxtına təsadüf edib. Açılış tədbirində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin sabiq Prezidenti Əhməd Necdət Sezər, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, ABŞ-ın keçmiş energetika naziri Samuel Bodman, Böyük Britaniya Krallığından Şahzadə Endryu, BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Braun və digər yüksək vəzifəli şəxsləri iştirak ediblər. Prezident İlham Əliyev və Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu ilə birlikdə qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzin rəsmi açılışını elan edib. Tədbirdə iştirak edən ali qonaqlar açılış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.
Somalili nazir Dahir Shire Mohamed və onu müşayiət edən rəsmilərə neft sənayesində Azərbaycanın əldə etdiyi birinciliklər barədə məlumat verildi. Bildirildi ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qardaşlarının “Zərdüşt” gəmisi dünyada ilk neft tankeri, 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən böyük neft kəməri (833 km) olub. Mtsxeta şəhəri yaxınlığında Bakı-Batumi marşrutu üzərində olan və bu günümüzə qədər gəlib çatmış nasos stansiyalarından biri hazirda Gürcüstanın mədəni irs siyahısına daxil edilib. Azərbaycan dünyada ilk dəfə olaraq 1949-cu ildə açıq dənizdən, Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb.
Qivami Rəhimli BP şirkətinin regionda fəaliyyəti barədə təqdimatında bildirdi ki, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan yen neft erasına qədəm qoymuş, qlobal və regional güclərin toqquşan maraqlarını balanslaşdıraraq BP və tərəfdaşları ilə birlikdə Avro-Asiya məkanında enerji təhlükəsizliyini təmin etmək üçün Xəzər regionunda dünyanın ən böyük neft və qaz layihələrini həyata keçirərək mühüm infrastrukturlar yaratmışdır.
Sonra nazir Dahir Shire Mohamed və digər rəsmi şəxslər Səngəçal terminalının əməliyyatlar sahəsindəki qurğularla tanış oldular.
Qonaqlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verildi. Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkan olaraq, AÇG yatağından çıxarılan neft və "Şahdəniz”dən hasil edilən qaz terminala nəql olunur, Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Supsa və Cənubi Qafqaz Boru Kəməri ilə dünya bazarına ixrac edilir. Dünyanın ən böyük enerji layihəsi olan Şahdəniz qaz yatağının ikinci mərhələsinin işlənməsi və Xəzərdən çıxarılan təbii qazı 2020-ci ildə Avropaya çatdıran - Cənubi Qafqaz, TANAP və TAP boru kəmərlərini birləşdirən Cənub Qaz Dəhlizi qlobal enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olundu.
Terminal gündə 1,2 milyon barel xam nefti emal etmək gücünə malikdir. Xam neft saxlama həcmi 4 milyon barelə yaxındır. Sahəsi 688 hektardan çox olan, dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz terminalı olması baxımından unikal hesab olunur.
Nümayəndə heyətinə Xəzərdən hasil olan neftdən əlavə 3-cü tərəfin neftinin BTC və Bakı-Supsa kəmərləri ilə nəql etmək imkanları, istehsalatdan başlayaraq əməliyyatlara qədər, məhsulun həcmi, ölçmələrə nəzarət, boru kəməri sisteminin təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verildi.
Səngəçal terminalına səfərindən məmnunluğunu bildirən Somalinin neft və mineral ehtiyatları naziri Dahir Shire Mohamedin BP-nin regiondakı fəaliyyətini, Azərbaycan hökuməti və SOCAR-la əməkdaşlığını yüksək qiymətləndirdi. Bu təcrübənin örnək olduğunu, ölkəmizin enerji sahəsində liderliyini və Azərbaycana səfərlərin Somali üçün tarixi əhəmiyyət daşıdığını xüsusi qeyd etdi.
Sonda Qivami Rəhimli BP şirkətinin adından somalili nazirə Azərbaycanın miniatür sənətinə həsr olunmuş “Təbrizin sehrli nağılları” kitabını hədiyyə etdi.
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

