/ / Kosmik ailənin yeni üzvü“Azersky2” peyki ölkəmizin kosmik sənaye ixracatçısı kimi dünyada mövqeyini gücləndirəcək
Kosmik ailənin yeni üzvü“Azersky2” peyki ölkəmizin kosmik sənaye ixracatçısı kimi dünyada mövqeyini gücləndirəcək
07.03.2025 [10:42]
Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) “Azersky 2” peykini ölkəmizdə hazırlanmış ilk böyük peyk layihəsi kimi qlobal kosmik sənaye cəmiyyətinə təqdim etmək niyyətindədir. Agentliyin rəhbər vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, indiyə qədər kosmosa göndərilmiş peyklərdə yerli mütəxəssislərimiz çox az olduğu üçün bu prosesə xaricdən mühəndislər cəlb olunurdu. Hazırda peyk idarəetmə üzrə yerli mütəxəssislərin hazırlanması “Azərkosmos”un imkanlarını gücləndirib. Bu potensial isə “Azersky 2” peykinin birbaşa Azərbaycanda layihələndirilməsi, yığılması və hazırlanmasını təmin edib. Peyk proqramının idarə olunması da milli kadrlar tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın növbəti optik müşahidə peykinin 2026-cı ildə orbitə buraxılması nəzərdə tutulur. “Israel Aerospace Industries” şirkəti ilə birgə hazırlanan yeni peyk ölkəmizdə yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin edəcək, hazırda azad edilmiş ərazilərdə aparılan tədqiqatların sürətlənməsinə töhfə verəcək.
Türkiyə ilə birgə kosmik əməkdaşlıq
Azərbaycan qlobal fəzada “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri ilə təmsil olunmaqdadır. “Azərkosmos” son illərdə dünya kosmik ailəsinin etibarlı üzvü kimi dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlığı artıraraq yeni nəsil texnologiyaların tətbiqinə nail olmaqdadır. Bir müddət əvvəl qardaş Türkiyənin “İmpro” şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Kosmik Agentlik “Göktürk-1” peyki vasitəsilə təsvir və həllərdən istifadəni də əldə edəcək. Ötən ilin sonlarında Azərbaycanın Kosmik Agentliyi ilə İtaliyanın yerüstü idarəetmə şirkəti olan “Leaf Space”lə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik “S/X” diapazonlu anten quraşdırılıb. Yeni qurğu sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirməyə imkan verir.
ABŞ və Çinin kosmik nəhəngləri ilə bir platformada
Bundan başqa, “Azərkosmos” ötən ilin sonunda Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti ilə müqavilə imzalayaraq regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əlavə peyk resursu bazası qazanıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, müştərilərə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstəriləcək ki, həmin xidmətləri “Azconnexus”- StarWin” peyk internet platforması birlikdə təchiz edəcək.
Beynəlxalq əməkdaşlıq çərçivəsində “Azərkosmos” qlobal peyk operatoru olan “ABS” şirkəti ilə faydalı əlaqələr qurub. Niderlandda keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında ABŞ-ın eyniadlı şirkəti ilə imzalanmış sazişə əsasən, milli kosmik şirkətimiz Amerikanın peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” xidmətini təqdim edəcək. Həmçinin, dünyanın ən güclü qlobal peyk operatorlarından biri ilə yaxın tərəfdaşlıq “Azərkosmos”un biznes xətlərini genişləndirməyə, təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması sayəsində də gəlir əldə etməyə imkan verəcək.
Yeni “Azersky2” peykinin fəzaya buraxılması isə kosmik sənayedə mühüm dönüşə səbəb olacaq. 5 il fəaliyyətdə olacağı təxmin edilən peyk ilə 500 km hündürlükdən uzunluğu 400 km-ə, eni isə 5 km-ə qədər fotolar çəkmək mümkündür. Peyk, ayırdetməsi 50 sm-dən daha yaxşı təsvirlər əldə etmək üçün elektro-optikal kamera ilə təchiz ediləcək . Peykin məlumat yaddaşı 1 TB müəyyən edilib. Qurğu saniyədə 0.5 GB ölçüdə material ötürə biləcək. Peyk “OPTSAT 500” platforması üzərində istehsal ediləcək. Beləliklə, yeni peyk qurğusu Azərbaycanın ən son nəsil peyk parkının yaranmasına və çoxşaxəli və daha dəqiq müşahidələr aparmağa imkan verəcək.
Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda texnologiya habına çevrilir
Yeni peyk Azərbaycanın beynəlxalq regionun kosmik mərkəzinə çevrilməsi yönündə səylərini daha da möhkəmləndirəcək, eyni zamanda, ölkəmizin informasiya təhlükəsizliyində və kosmos sahəsində digər dövlətlərdən asılılığını tam aradan qaldıracaqdır. Azərbaycanın həm Cənubi Qafqazda, həm də Xəzər regionunda texnologiya habına çevrilməsi prosesi daha da sürətlənəcək və dünyada öncül mövqeyini möhkəmləndirəcək.
“Azersky2” Azərbaycan peyk məhsulları və kosmik sənaye ixtacatçısı kimi dünyada mövqeyini artıracaq. Hazırda Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək qlobal və regional peyk xidmətləri ixrac edən “Azərkosmos”un ixrac coğrafiyasının genişlənərək 60-dən çox ölkəni əhatə etməsi mümkün olacaq. Eyni zamanda, qeyri-neft ixracının əsas bölmələrindən birinə çevrilən İT və rəqəmsal texnologiyaların ixracından əldə edilkən valyutanın həcmini artıracaq. Ötən il peyk əmtəəsindən 18 milyon dollar gəlir əldə edən Azərbaycanın yaxın onillikdə bu sahədən ən azı 50-100 milyon dollar dəyərində valyuta qazanması istisna edilmir.
Sözsüz ki, bunlar Azərbaycan iqtisadiyyatının güclənməsinə, post-neft dövründə milli gəlirlərin strukturunda kosmik sənaye dividentlərinin artmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

