Neft ucuzlaşsa....
10.04.2025 [09:36]
Mövcud yığım imkanları büdcə öhdəliklərini icra etmək üçün ciddi risk və çətinliklər yaratmır
Dünya bazarında neftin qiymətinin sürətlə azalması davam etməkdədir. ABŞ-ın qlobal bazara böyükhəcmli neft nəqlinə başlamasından sonra “qara qızıl”ın qiymətləri enməyə başlayıb. Aprelin ilk günündə 75 dollara satılan “Brent” markalı neftin qiyməti bir həftə sonra 65 dollara, aprelin 8-9-da da isə 62-63 dollardan tədarük olunub. Xatırladaq ki, “Brent” markalı neft, Şimali Amerikanın “WTI” markalı nefti ilə birlikdə dünyanın neft bazarının bençmarkı, yəni qiymət zənbilinin formalaşmasında başlıca rol oynayır və bu baxımdan digər ölkələrin satdığı neft markalarının qiymətlərinə də təsir edir. Hazırda dünya bazarında neftin bir barelinin qiyməti 2021-ci ilin martında qeyd alınmış ən aşağı göstəriciyə uyğundur.
Neftin ucuzlaşması Azərbaycana necə təsir edir?
Qlobal bazarda baş verən gərginliklər bir çox amillərlə bağlıdır. İlk növbədə, Rusiya - Ukrayna müharibəsi, ABŞ və Çin arasında ticarət müharibəsinin dərinləşməsi buna təsir edir. Bundan başqa, Amerika da daxil olmaqla, Avropa və digər regionlarda iqtisadi artım azalıb və bu, enerji sənayesinə təsir göstərir.
Baş verənlər Azərbaycanın neft satışları üzrə qiymətlərə də öz təsirini göstərib. Aprelin 5-7-də dünya bazarında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 4 dollar, yaxud 5,8 faiz azalaraq 68 dollar təşkil edib. Aprelin 8-9-da isə “Azeri Light” neftinin bir barelinin qiyməti təxminən 67 dollar civarında olub. Qeyd edək ki, Azərbaycan nefti “Brent” neftindən daha baha qiymətə satılır, fərq 2-3 dollar ətrafında dəyişir.
Neftin ucuzlaşması sözsüz ki, qlobal enerji bazarının ayrılmaz hissəsi olan Azərbaycana da təsir edir. İlk növbədə, Dövlət Neft Fondunun (DNF) gəlirlərində müəyyən azalmalar baş verə bilər. Ancaq bu prosesin dövlət büdcəsinin neft yığımları üzrə proqnozun icrasına, yəni Neft Fondundan transfertlərin ödənilmə öhdəliyinin yerinə yetirilməsinə böyük təsirlərinin olacağı mümkün deyil. Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollardan hesablanıb. Neftin 50 dollara satılması belə büdcə öhdəlikləri baxımından Fondun icra imkanlarını təmin edə bilər. Neft Fondu neft və qaz satışından əldə etdiyi gəlirləri valyuta hərracları vasitəsilə sataraq manatla büdcəyə transfert edir. Neft Fondunun 2025-ci il üzrə transferti 14,4 milyard manat həddində təsdiq edilib. Bu, dollar ifadəsi ilə 8,5 milyard dollar deməkdir. Yaxud aylıq 700 milyon dollar transfert öhdəliyidir. DNF 2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinə 3 milyard 620 milyon manat həcmində vəsait transfert edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 425 milyon manat və ya 13,3 faiz çoxdur. Fondun qarşıdakı 9 ay ərzində 10,8 milyard manat öhdəliyi var ki, bu da dollar ekvivalenti ilə 6,3 milyard dollar deməkdir.
Neft Fondu pessimist ssenari üzrə öhdəliklərini icra etməyə qadirdir
Azərbaycanın gündəlik neft ixracı təxminən 560 min barel təşkil edir. Neft əgər pessimist proqnoz üzrə, yəni 60 dollardan, hətta ən aşağı şkala üzrə - 45-50 dollardan satılsa belə, ağır risklərin olacağı gözlənilmir. Ölkəmiz nefti 45-50 dollardan satsa, gündəlik təxminən 25-28 milyon, aylıq isə 800-850 milyon dollar vəsait əldə edilir. 9 ayda isə bu rəqəm 7-7,5 milyard dollar deməkdir. Yəni Neft Fondu təkcə neft satışından ən aşağı pessimist ssenari üzrə büdcə öhdəliyini tam bağlamış olur. Nəzərə alaq ki, DNF-nin gəlirlərində qaz satışlarından əldə edilən gəlirlər də mühüm yer tutur. Bundan başqa, DNF öz investisya porfelindəki vəsaitlərin əhəmiyyətli hissəsini xarici bazarlarda idarəetməyə verib və bu istiqamətdən də dividentlər qazanır.
OPEC və OPEC+ ölkələri də hazırkı ssenariyə uyğun olaraq müxtəlif addımlar atcağını elan edib, ilk növbədə, neft hasilatının azaldılması və qlobal tələbin sabit saxlanması fonunda qiymətlərin orta stabilliyinin qorunması fərz edilir. Həmin ssenarilərə görə, “Brent” markalı neftin qiyməti 2025-ci ilin sonunda 55 dollar səviyyəsində gözlənilir.
Beynəlxalq təşkilatlar son prosesləri nəzərə alaraq neftin cari il üzrə proqnozlarını aşağı salıb. Həmin proqnozlara görə, 2025-də neftin orta qiyməti 60-65 dollar arasında olacaq. Ən ağır proqnoz verən “Goldman Sachs” analitikləri isə hesab edirlər ki, ekstremal ssenari baş verəcəyi təqdirdə “Brent” markalı neftin bir barelinin qiymətinin cari ildə 45, 2026-cı ilin sonuna qədər 40 dollardan aşağı düşəcək. “Morgan Stanley” və “Societe Generale” kimi nüfuzlu institutlar da neft üzrə proqnozları azaldıb, həmin ssenarilərdə “Brent” neftinin qiymətinin bu ilin dekabrında 58 dollar olacağı ehtimal edilir.
Qlobal enerji ekspertlərinin proqnozları fərqlidir
Ancaq bu, qlobal enerji ekspertlərinin əksəriyyəti tərəfindən qəbul edilmir, onların fikrincə, Trampın nefti 40 dollara endirmək ideyası real deyil, çünki bu siyasət ilk növbədə, ABŞ-ın özünə ağır zərər vuracaq, ABŞ-da istehsal olunan və ixracda əsas yer tutan şist neftinin maya dəyəri 40 dollardan xeyli yüksəkdir. Məhz bu səbəbdən ABŞ-da neft şirkətlərinin müflisləşməsi təhlükəsini nəzərə alan enerji tədarükçüləri Trampın bu siyasətinə imkan verməməyə çalışacaq. Bu xüsusdan yanaşdıqda, neftin 40 dollara enəcəyi barədə ehtimallar da reallığı əks etdirmir.
Bütün bunlara rəğmən, neftin pessimist satış indeksləri ilin sonuna qədər davam etsə, yəni “Brent” markalı neft 50-58 dollar civarında qalsa, həmin markadan həmişə 4-5 dollar baha satılan “Azeri Light” markalı neftin 1 barelinin 60 dollardan çox olacağını ehtimal etmək mümkündür. Bu isə Azərbaycan hökumətinin büdcə öhdəliklərini icra etmək, o cümlədən iqtisadi və sosial hədəfləri yerinə yetirməsi üçün ciddi risklər və çətinliklər yaratmır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24

