Bakı regionun enerji-nəqliyyat xəritəsini müəyyənləşdirir
12.04.2025 [09:41]
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bildirib ki, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkə olsa da, Mərkəzi Asiya ilə müxtəlif logistika-kommunikasiya xətləri ilə bağlantıları var. Xəzər dənizi bu bölgə ilə Azərbaycanı ayırsa da, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən möhkəm körpülər qurulub. Orta Dəhliz bu coğrafiyaları sıx birləşdirməklə, həm də bütün tərəfdaşların öz nəqliyyat infrastrukturlarını, tranzit xətlərini yeniləşdirmək, müasir kommunikasiya xidmətləri qurmaq üçün də tələbatlar yaradıb. Nəticədə, ötən əsrin ortalarında qurulmuş köhnə logistika və nəqliyyat qovşaqları yenidən qurularaq ən modern xidmət səviyyəsini təmin etməyə imkan verir və həyata keçirilən daşınmaların tezliyi, səmərəliliyi, iqtisadi rentabelliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Asiya və Avropa arasında möhkəm körpülər qurulur
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir. Orta Dəhzə inteqrasiya istiqamətində fasiləsiz infrastrukturları yeniləyən ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu xəttini modernləşdirib, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünü artırıb, qonşu ölkələrlə nəqliyyat bağlatılarının çevikliyi təmin edib. Nəticədə son illərdə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən Avropaya və əks istiqamətdə daşınan yüklərin həcminin artması qeydə alınıb. “Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir”.
Hazırda Orta Dəhlizdə yer almaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinin təklifləri dayanmadan artır. Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlancağını vurğulayıblar. Eləcə də digər Aİ ölkələrinin bu nəqliyyat ailəsinə qoşulması çoxşəbəkəli habın əhəmiyyətini daha da arıtırır.
Göründüyü kimi Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta və ya TransXəzər Dəhlizinin fiziki-coğrafi sxemi nəhəng bir geoiqtisadi platformaya çevrilir.
“Şimal-Cənub” və “yaşıl enerji” dəhlizlərində imkanlar böyüyür
Azərbaycan, həmçinin digər mühüm dəhliz - “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir. Respublikamızın yerləşdiyi əlverişli və strateji mövqe bu nəqliyyat qovşağının da hərəkətliliyinin artması fonunda imkanlarını davamlı şəkildə böyüdür. Azərbaycanın “Şimal-Cənub” nəqliyyat alyansını yaratdığı ölkələrlə sıx iqtisadi-ticari münasibətləri, birgə enerji-nəqliyyat proqramları sözügedən nəqliyyat dəhlzinin də qlobal əhəmiyyətini artırır.
Azərbaycan, həmçinin region ölkələrinin gündəliyində önə çıxan qlobal sinerjinin - “yaşıl enerji” halqasının genişlənməsində öncül təşəbbüsləri ilə seçilir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan, Türkiyə, Mərkəzi Asiya dövlətləri ilə “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan sazişlər “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin formalaşmasını təmin etməkdədir. Mərkəzi Asiya və Azərbaycanın bərpaolunan enerjisi güclərindən əldə edilən “yaşıl enerji”nin Avropaya nəqli yeni tranzit arteriyasını yaradır. Beləliklə, bölgədə 10-dan çox ölkənin təmsil olunduğu “yaşıl dəhliz”in gerçəkləşməsi ilə yeni tərəfdaşlığın yeni mərhələsi başlayıb. Digər ölkələrin tranzit zəncirinə qoşulmaq istəyi “yaşıl dəhliz”in daha böyük coğrafiyanı əhatə edəcəyindən və regional enerji habna çevriləcəyindən xəbər verir.
Körfəz ölkələri ilə əməkdaşlıq yeni reallıqlar yaradır
Azərbaycan, həmçinin birləşdirici və rifahyaradıcı aktor kimi Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında sıx kommunikativ təmasları möhkəmləndirir. Həmin bölgə ölkələri ilə qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələrin qurulması yeni iqtisadi təşəbbüslərin, ticari qapıların da açılmasını təşviq edir, müxtəlif investisiya layihələri üzərində fəal işləkliyi artırır. Respublikamızın KƏŞ blokunda yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Birgə fəaliyyət kursu aparıcı iqtisadi sektorları, o cümlədən energetika, bərpa olunan enerji, nəqliyyat, logistika, turizm, xidmət sahələrini inkişaf etdirmək üçün münbit şərait yaradır. Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunun yaradılması isə bu inteqrasiyanın daha da güclənməsinə davamlı töhfələr verəcək.
Beləliklə, yeni nəqliyyat-enerji qovşaqlarında birgə əməkdaşlığın güclənməsi, habelə “yaşıl enerji” sahəsində sıx inteqrasiyaların dərinləşməsi, digər mühüm proqrmalrda yaxın tərəfdaşlı bütün ölkələrin təhlükəsizliyi, sabitliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyır. Bu proseslərin mərkəzində yer alan Azərbaycanın dövlətçiliyi və müstəqilliyini möhkəmləndirməsinə töhfə verir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

