Enerji diplomatiyasının növbəti uğuru
20.05.2025 [09:57]
Azərbaycan Albaniyanı da Pan-Avropa enerji ailəsinə qoşur
Yaxın aylarda Azərbaycan qazı ilə təchiz olunan ölkələrin sırasına Albaniya da qoşulmuş olacaq. Albaniya hökuməti 2026-cı ildə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Azərbaycan qazını əldə etməyi planlaşdırır. Bu ölkənin infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib ki, TAP boru kəməri Albaniya ərazisindən keçməklə İtaliya və digər region ölkələrinə yanacağı çatdırır. Kəmərin diversifikasiyası və şimala doğru ötürücü qolunun çəkilməsi layihəsi üzərində iş gedir ki, bu tədbirlərin başa çatmasından sonra Azərbaycan qazının Albaniyaya da nəqli mümkün olacaq.
Qeyd edək ki, TAP-ın 2026-cı ildən etibarən əlavə olaraq ildə 1,2 milyard kubmetr qaz nəql edəcəyi planlaşdırılır. Yanacağın 1 milyard kubmetrinin İtaliya, 200 milyon kubmetrinin isə Albaniyaya ötürülməsi nəzərdə tutulur.
Albaniya növbəti ildə Azərbaycan qazını əldə edəcək
Qaz hasilatının artması sözsüz ki, Azərbaycandan yanacaq əldə etmək ölkələrin ixrac coğrafiyasını böyütməkdədir. İlk ildə Avropanın cəmi 4 ölkəsinə qaz ixrac edən Azərbaycandan hazırda qaz alan Avropa dövlətlərinin sayı 10-a bərabərdir. Yeri gəlmişkən, 2025-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə, o cümlədən Avropa dövlətlərinə yanacaq nəqlinin həcminin genişlənməsinə səbəb olub. Qeyd edilən dövr ərzində Azərbaycandan Avropaya 4 milyard kubmetr qaz ixrac olunub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faizdən çox artım deməkdir. Ötən 4 ayında ölkəmizdən Türkiyəyə 3,1 milyard kub.metr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac olunub.
Azərbaycan qazının Avropaya tədarükünü təmin edən Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə hazırda Avropanın 10 ölkəsi qaz əldə edir.
Hazırda TAP kəmərinin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
Ümumi uzunluğu 878 kilometr təşkil edən TAP Yunanıstanın şimal hissəsindən 550 kilometr, Albaniya ərazisindən 215 kilometr, Adriatik dənizinin dibi ilə 105 kilometr, İtaliya ərazisindən isə 8 kilometr məsafə qət edir. Boru xəttinin əhəmiyyətli bir hissəsinin Albaniya ərazisini əhatə etməsi bu ölkənin Azərbaycan qazı ilə təchizatını asanlaşdırır. Belə ki, TAP-ın ötürücü infrastrukturlarından olan Yunanıstan - Bolqarıstan İnterkonnektorunun (IGB) Albanuyanın mövcud qazqəbuletmə şəbəkəsi ilə əalqələndirilməsi yanacağın ixracını təmin etməyə imkan verir.
Növbəti illərdə ixracın daha da artması və Xəzərin Azərbaycana aid sektorlardakı yeni qaz yataqlarında hasilatın artırılması nəqin coğrafiyasını genişləndirəcək.
Proqnozlara əsasən, 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırılacaq. Nəticədə növbəti ildə Aİ-nin digər ölkələrinə də qaz nəqlini təmin etmək mümkün olacaq.
Yeni qaz blokları sifarişlərin icrasına imkan verir
Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa Birliyinin qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır.
Həmin resursların istismarı ilə yanaşı, əsas qaz bloku olan “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinsulu hissəsində əlavə hasilatın aparılması hazırda Azərbaycanla çalışan konsorsium üçün ən vacib planlardan biridir. Ötən il sentyabrın 20-də SOCAR, “BP”, “MOL”, “INPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” şirkətləri arasında “AÇG”-nin dərinsulu hissəsi üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) dair yeni sənədin imzalanması da bu maraqlara xidmət edir.
Beləliklə, Azərbaycanın mövcud qaz mənbələrindən yanacaq əldə etmək istəyən Avropa ölkələrinin sifarişləri və sayı artır. Bu, yaxın illərdə Avropa Birliyi regionunun təxminən 40 faizinin ölkəmizin liderliyi sayəsində enerji təhlükəsizliyinin təmin edilməsi demək olacaq.
Xəzər regionu TAP üçün zəngin mənbədir
Xəzər regionuna zəngin yanacaq mənbəyi kimi xüsusi önəm verən Avropa İttifaqı məhz Azərbaycanın təşəbbüskarlığı sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz habı şəbəkəsi yaratmaq niyyətindədir. Ssenariyə əsasən, Mərkəzi Asiyanın ehtiyatlarının, o cümlədən Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəmərinin diversifikasiyanının daha da genişləndirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı hüquqi mexanizm də formalaşır. Belə ki, bir neçə ay əvvəl Azərbaycan, Türkiyə və Türkmənistan arasında təbii qaz sahəsində imzalanan saziş türkmən qazının da Türkiyəyə tədarükünə və TAP-a inteqrasiyasına zəmin yaradır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

